Siyasət

"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”

27 Fevral, 2021
2480

Ərəstun Oruclu - "Meydan TV"

“Toplum TV” Türkiyə-Ermənistan sərhədlərinin açılmasına ictimaiyyət nümayəndələrinin fikrini öyrənməkdə davam edir. 

"Prezident İlham Əliyev haqlıdır, Türkiyə artıq qərar verməlidir". 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Toplum TV"-yə belə deyib.

Elxan Şahinoğlu - "Teleqraf"

Hərçənd o, məsələnin yaxın zamanlarda reallacağını düşünmür: "Amma bu o demək deyil ki, Türkiyə sabahdan Ermənistanla sərhəddi açacaq. Birincisi, ona görə ki, bu ölkənin Türkiyəyə qarşı ərazi iddiaları var. İkincisi, Mehri, Zəngəzur üzərindən dəhlizin necə işləyəcəyi bəlli deyil.  İnanmıram ki, bütün bunlar həll olunmamış Türkiyə sərhədləri açsın". 

Politoloq deyir ki, sərhəd probleminin həlli ilk növbədə Ermənistanın maraqlarına uyğundur, çünki Azərbaycan və Türkiyə ilə düşmənçilik bu ölkəni uçuruma aparır: "Hazırda Ermənistanda baş verən hadisələr də bunun tərkib hissəsidir. Əgər bu ölkə Azərbaycan və Türkiyə ilə barış istəyirsə, hər iki dövlətə qarşı ərazi iddialarından imtina etməlidir. Bundan sonra sərhədlər də açıla bilər, Ermənistan regional layihələrdə iştirak da edə bilər, amma çox təəssüf ki, bu ölkə hələ buna hazır deyil".   

"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması həm Türkiyənin, həm də Azərbaycanın, ziyanına işləyəcək” 

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, Türkiyənin Ermənistanla sərhədləri açmasının həm mənfi, həm də müsbət nəticələri ola bilər.

Onun sözlərinə görə, bu daha çox Ermənistandakı vəziyyətdən asılıdır: "Ermənistanda vəziyyət hələ ki aydın deyil, orada bir qiyam cəhdi oldu. Görünür, baş tutmayacaq, sona çatdıra bilməyəcəklər. Amma Paşinyan hökumətinin nümayəndələri dəfələrlə Türkiyə ilə iqtisadi əlaqələrin yaradılmasında maraqlı olduqlarını deyiblər. Bu yaxınlarda ölkənin iqtisadiyyat naziri açıq şəkildə bildirdi ki, Türkiyə ilə sərhədlər açılmasa, Ermənistanda infiliyasiya bir qədər də dərinləşəcək və iqtisadi vəziyyət pisləşəcək. Paşinyan hökuməti qalacaqsa, şübhəsiz ki, Türkiyə-Ermənistan əlaqələrinin, iqtisadi-ticari münasibətlərin  bərpası, sərhədlərin açılması bölgənin xeyrinə olacaq. Amma Paşinyan hakimiyyəti devrilsə, Azərbaycana və Türkiyəyə düşmən münasibəti sərgiləyən revanşistlər iqtidara gəlsə, sərhədlərin açılması həm Türkiyənin, həm Azərbaycanın, ümumilikdə regionun ziyanına işləyəcək". 

Ə.Oruclunun fikrincə, Rusiyaya müqavimət göstərən Paşinyan hakimiyyətinin Türkiyə kimi alternativə ehtiyacı var: "İransa Rusiyayla eyni siyasi mövqedən çıxış etdiyi üçün alternativ deyil. Sərhədlərin açılmasından Azərbaycan da Türkiyə qədər xeyir götürəcək. Birincisi, sərhədlərin açılması Ermənistan üzərindən Türkiyə-Azərbaycan əlaqələrinin bərpası deməkdir. Digər tərəfdən, Ermənistanda Türkiyənin iqtisadi təsiri artdıqca bu, onun loyallığını və iqtisadi faktordan asılılığını artıracaq. Rusiyanın özünün iqtisadi vəziyyəti imkan vermir ki, Ermənistan yalnız bu dövlətlə iqtisadi əlaqələrdə qalmaqla böhrandan çıxa bilsin". 

"Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin, kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin açılması isə Dağlıq Qarabağdakı erməni icmasının statusunun müəyyənləşməsindən sonra baş versə, daha əlverişli olar. Ermənistan ərazi iddialarından imtina etdikdən sonra əlaqələr bərpa olunmalıdır. Ola bilər ki, bu bir az radikal yanaşmadır, bəlkə, əksi daha effektiv olar - əvvəlcə iqtisadi əlaqələrin bərpası, sonra o məsələlərin müzakirəsi. Bunu söyləmək bir az çətindir"- Ə. Oruclu belə deyib. 

"Ermənistan bu iddialarından imtina edərsə, sərhədlərin açılmasından danışmaq olar"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev isə deyir ki, Ermənistan Türkiyəyə qarşı soyqırımı və torpaq iddiasını hələ də davam etdirir: "Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasının bir neçə səbəbi var: Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Türkiyəyə qarşı sözdə soyqırım və torpaq iddiası. Sonuncusu Ermənistanın 1991-ci ildə qəbul etdiyi müstəqillik haqqında aktda da yer alıb.

Cavid Vəliyev - "Vikipedia"

Bu sənəddə Türkiyənin şərqinə "Qərbi Ermənistan" deyilir və qeyd olunur ki, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması üçün Ermənistan dövləti fəaliyyət göstərməlidir. Müstəqillik aktı Ermənistan konstitusiyasının bir parçasıdır. Yəni Ermənistanın Türkiyəyə qarşı iddiaları davam edir, bundan imtina etdiyinə dair nə bir sənəd imzalayıb, nə də müsbət mesaj verib".

C. Vəliyevin sözlərinə görə, Ermənistan sərhədlərin açılması məsələsində bütün məsuliyyəti Türkiyənin üzərinə atıb: "Keçdiyimiz günlərdə Çavuşoğlu qeyd etmişdi ki, əgər Ermənistandan müsbət mesajlar alsaq, Azərbaycan tərəfi də etiraz etməsə, sərhədlərin açılmasında irəliləyiş ola bilər. Ermənistanın xarici işlər naziri Ayvazyan da belə bir açıqlama verdi ki, artıq status-kvo dəyişib, sərhədlərin açılmasına maneə qalmayıb. Halbuki Ermənistan sözdə soyqırımı və torpaq iddiasından rəsmi şəkildə imtina etməyib". 

C.Vəliyev hesab edir ki, sərhədlərin açılması üçün Türkiyə Ermənistanla ən azından protokol imzalamalıdır. 

Onun fikrincə, protokolda Ermənistan Türkiyənin sərhədlərini tanıdığını, bu dövlətə qarşı ərazi iddiası irəli sürmədiyini bəyan etməli və "erməni soyqırımı"nı dünyaya tanıtmağı dayandırmalıdır: "Türkiyənin təklifi var: 1915-ci il hadisələrini araşdırmaq üçün Tarix komissiyası yaratmaq. Yəni Ermənistan tərəfi bu iddialardan imtina edərsə, sərhədlərin açılmasından danışmaq olar".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo