Siyasət

Paşinyan hökumətinin təntənəli mərasimə çəkdiyi xərc narazılıqla qarşılanıb

22 Sentyabr, 2021
104

Sosial Media

Ermənistan hökuməti sentyabrın 21- Müstəqillik günü ilə bağlı keçirilən təntənəli tədbirlərə külli miqdarda pul xərcləyib.

Bu barədə “168 jam” qəzetinin yaydığı məlumatda bildirilir.

Məqalədə yazılana görə, müstəqilliyin 30 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli tədbirlər üçün Rusiyadan xüsusi dronlar sifariş edilib.

“Mənbələrimizin məlumatına görə, bu dronlar bahalı əlyəncədir. Onların 10 dəqiqəlik icarəsi 110 min dollara başa gəlir”, - deyə qəzet yazır.

Bundan əlavə, Rusiyadan bu dronlara xidmət edən xüsusi personal gəlib. Bildirilir ki, sifarişçi həmin mütəxəssislərin mehmanxanada qalmaq və digər xərclərini də ödəyib.

Sentyabrın 21-də Yerevanın Respublika meydanında Ermənistanın Müstəqillik gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Nikol  Paşinyanın belə bir tədbir keçirmək planı bəzi ermənilər tərəfindən etirazla qarşılanıb. Onlar Qarabağda müharibənin nəticələri aradan qaldırılmadığı halda belə bir bayramı yersiz hesab ediblər.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar