Siyasət

Paşinyan: "Mina xəritələrinin hamısını verməyə hazırıq, amma..."

14 İyun, 2021
717

Primeminister.am

Ermənistan tərəfi mina xəritələrinin hamısını Azərbaycana verməyə hazırdır. 

"AzadlıqRadiosu"nun Ermənistan xidməti "Azatutyun"un məlumatına görə, bunu ölkənin müvəqqəti baş naziri Nikol Paşinyan iyunun 13-də seçki kampaniyası zamanı çıxışında deyib. O, seçiciləri əmin edib ki, xəritələrin yalnız kiçik bir hissəsi Azərbaycana verilib. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ötən gün Kotayk regionunda olub.

“Biz dekabrda konstruktiv mühit yaratmaq üçün həmin xəritələrdən kiçik rəqəmləri verdik. Onların əsirlərin qaytarılması dayandırdığını anlayanda biz də dayandıq. Biz minalanmış ərazilərin xəritələrini onlara verməyə hazırıq. Amma orada əsirlərimiz olduğu halda, bunu birtərəfli etsək, cəmiyyətimiz bunu anlamaz”, – Paşinyan vurğulayıb.

Addıma addımla cavab vermək

İyunun 12-də Birləşmiş Ştatlar və Gürcüstan hakimiyyətinin vasitəçiliyi ilə Azərbaycan 15 nəfər Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. Ermənistan isə Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın əks etdirən xəritələri Azərbaycana təqdim edib.

Paşinyan əsirlərin qaytarılmasında yeni prosesin başlandığını və Azərbaycan tərəfinin addımı konstruktiv hesab etdiyini bildirib.

O, xəritələrin heç də əsirlərin əvəzində verilmədiyini, sadəcə addıma addımla cavab verdiklərini söyləyib. “Biz onlara xəritələri verdik, amma mübadilə kimi deyil. ABŞ-ın Dövlət katibinin köməkçisi soruşdu ki, ‘Onlar addım atsalar, siz də atarsınızmı?’ Mən də dedim ki, ‘Bəli, biz addım atmağa hazırıq’. ‘Hansı addımı atmağa hazırsınız?’ Dedim ki, ‘onlara əlimizdəki xəritələrin bir hissəsini verərik’”, – Paşinyan deyib.

İsrail nümunəsi

Azatutyun Ermənistan tərəfin xəritəni verməsinin müxalifətin tənqidinə səbəb olduğunu yazır. Baş nazir əvəzi isə ittihamları spekulyasiya adlandırıb, İsrail hökumətindən misal gətirib.

“2011-ci ildə 1027 fələstinli bir əsgərə dəyişdirildi. Onlardan bəziləri terrorçuluğa görə məhkum edilmişdi, 600 nəfər qətlə ittiham olunurdu... Bizdə isə regionun xəritəsi var”, – Paşinyan söyləyib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo