Rəsmi səhifə
Ermənistanın Baş naziri Nikol Paşinyan Mehri bölgəsində dəmir yolunun tikintisi üçün işçi qrup yaradılması barədə tapşırıq verib.
Bu barədə "Sputnik Ermənistan"-ın yaydığı məlumatda bildirilir.
Xəbərdə deyilir ki, işçi qrupunun rəhbəri vəzifəsinə Paşinyanın müşaviri, Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan təyin edilib.
Daha əvvəl Ermənistanın hökumət başçısı məlumat vermişdi ki, dəmir yolu beynəlxalq sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək.
"Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək", - Paşinyan söyləmiş və əlavə etmişdi ki, Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasına nail olmaq mümkün olsa, bu, Yeraşxdan Gümrüyə, Gümrüdən Qarsa gedən dəmir yolundan istifadəyə imkan verəcək.
"Layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya, siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək", - deyə Paşinyan açıqlamasında qeyd etmişdi.
Rəsmi səhifə
İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin
Sosial mediadan skrinşot