Siyasət

Paşinyan Naxçıvana dəmir yolunun çəkilməsi üçün işçi qrupu yaratdı

15 Yanvar, 2022
95

Rəsmi səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Mehri bölgəsində dəmir yolunun tikintisi üçün işçi qrup yaradılması barədə tapşırıq verib. 

Bu barədə "Sputnik Ermənistan"-ın yaydığı məlumatda bildirilir. 

Xəbərdə deyilir ki, işçi qrupunun rəhbəri vəzifəsinə Paşinyanın müşaviri, Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan təyin edilib.

Daha əvvəl Ermənistanın hökumət başçısı məlumat vermişdi ki, dəmir yolu beynəlxalq sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcək. 

"Ermənistan bu dəmir yolu vasitəsilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək", - Paşinyan söyləmiş və əlavə etmişdi ki, Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasına nail olmaq mümkün olsa, bu, Yeraşxdan Gümrüyə, Gümrüdən Qarsa gedən dəmir yolundan istifadəyə imkan verəcək.

"Layihənin həyata keçirilməsi regionda iqtisadi, investisiya, siyasi mühiti əhəmiyyətli dərəcədə dəyişəcək", - deyə Paşinyan açıqlamasında qeyd etmişdi. 

Siyasət

AŞPA LGBTİ  hüquqları ilə bağlı Cənubi Qafqaz ölkələrinə çağırış edib

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib. "Turan"-ın məlumatına görə, Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnaməsində (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir. Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir".  "Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları" alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini...
Siyasət

Xaricdə yaşayan bloger və jurnalist barəsində axtarış elan edildi

27 Yanvar 2022

Açıq mənbələrdən götürülüb

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edib. Bu barədə yanvarın 27-də "Report" hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.  Məlumata görə, T.Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib. T.Sadıqlı Almaniyada, F.Hüseynov isə Niderlandda yaşayır.
Seçilmiş Videolar