Siyasət

Paşinyan oğlunu Azərbaycana rəsmi şəkildə təhvil vermək istəyir

9 İyun, 2021
83

Sputnik

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanda saxlanılan ermənilərin öz oğlu ilə mübadiləsini rəsmi təklif formasına salınması üçün müvafiq qurumlara tapşırıq verib. 

"Sputnik Ermənistan"ın iyunun 9-da verdiyi xəbərə görə, o, bu barədə Şirak vilayətində seçiciləriylə görüşü zamanı danışıb. 

Bundan əvvəl Paşinyan sabiq prezident Serj Sarqsyanın bəyanatına cavab verərkən prezident İlham Əliyevə ictimai şəkildə müraciət etmiş və Azərbaycanda saxlanılan ermənilərin əvəzinə öz oğlunu əsir kimi təklif etdiyini bildirmişdi. 

"Mən müvafiq orqanlara Azərbaycan tərəfə bizim təklifimizi rəsmi formada çatdırmaq barədə göstəriş vermişəm, mənim oğlum digər əsirlərin əvəzinə onların yanına getməyə hazırdır", - deyə baş nazir əvəzi vurğulayıb. 

Paşinyanın sözlərinə görə, o, bu addımı əlacsızlıqdan atmır, çünki "əsirlərin vətənə qaytarılması üçün" intensiv iş aparılır. Bununla belə, o, bu barədəki təfərrüatlar barədə açıqlama verməyib, deyib ki, bu prosesi çətinləşdirə bilər. 

Serj Sarqsyan bir neçə gün əvvəl Paşinyana Azərbaycan saxlanılan 20-25 əsgərin əvəzinə öz oğlunu əsir göndərməyi təklif edib. 

Ermənistanın ombudsmanı Arman Totoyan isə bu məsələ barəsində spekulyasiyalara əl atmağın yolverilməz olduğunu deyib.  

Ermənistanda növbədənkənar seçkilər iyunun 20-də keçiriləcək. Seçkiöncəsi təşviqat iyunun 7-də start götürüb. 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar