Siyasət

Paşinyan Praqada Əliyev və Ərdoğanla görüşəcək

5 Oktyabr, 2022
138

Rəsmi səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Çexiya paytaxtı Praqda Azərbaycan Prezidenti və Rürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. 

Bu barədə o, parlamentdə “Hökumət saatı”nda açıqlama verib. 

Onun sözlərinə görə, İlham Əliyevlə görüş Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarlz Mişelin iştirakı ilə baş tutacaq.

https://toplum.tv/siyaset/ilham-eliyev-qarabagdaki-ermeni-ehalisinin-heyatini-nece-qaydaya-salacagimizi-hec-bir-beynelxalq-merkezle-muzakire-etmeyeceyik

Dördtərəfli görüş sabah, oktyabrın 6-da Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.

Paşinyan çıxışında bildirib ki, hazırda Azərbaycanla sərhəddə gərginliyi azaltmaq üçün müəyyən imkanlar var.

"Ermənistan və Azərbaycanın 1991-ci il 8 dekabr sənədi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsində razılığa gələcəyinə dair gümanlar var", - deyə o bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

“Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə fəallar və hüquq müdafiəçiləri bəyanat yaydı

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Milli Məclisinin müzakirəsinə çıxarılan “Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə ictimai-siyasi fəallar və insan hüquqları müdafiəçiləri birgə bəyanat verib.  Toplum TV xəbər verir ki, bəyanatda qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd olduğu və vətəndaşların siyasi iradəsinin boğulmasına yönəldiyi bildirilir. "Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o...
Siyasət

“Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul edildi

29 Noyabr 2022

Rəsmi səhifə

Bu gün, noyabrın 29-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Milli Məclisin rəsmi saytı məlumat yayıb.  Bildirilir ki, qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.  https://toplum.tv/iqtisadiyyat/berber-derzi-ve-taksi-suruculerinin-odeyeceyi-tibbi-sigorta-haqqi-melum-oldu Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək. Həmçinin layihəyə əsasən, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar da maliyyə yardımı alacaq. Qanun layihəsi ilə ətrafı buradan tanış ola bilərsiniz: Siyasi partiyalar haqqında qanun 

Seçilmiş Videolar

Toplum TV loqo