Paşinyan: Putindən siqnal almışıq və Azərbaycanla dəmir yolunun bərpası istisna deyil
Açıq mənbələrdən götürülüb
Nikol Paşinyan və Vladimir Putin
Əgər dünən razılaşdığımızdan sapma olmasza, o zaman “Erməni yol ayrıcı” proqramı çərçivəsində, xüsusən də dəmir yollarının bərpası məsələsində böyük investisiyalara tələbat yarana bilər.
Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də hökumətin iclasında bildirib.
“Biz xoşbəxtik ki, belə imkanlarımız var. Əminəm ki, istənilən halda beynəlxalq tərəfdaşlar bu proqrama böyük maraq göstərəcəklər. Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar aldıq, bu o deməkdir ki, bizim üçün əvvələ qayıtmaq və Horadiz-Mehri-Ordubad-Sədərək-Yerəşx dəmir yolunun bərpası ilə bağlı işlərə başlamaq kimi əhəmiyyətli və ciddi imkan var".
https://toplum.tv/dunya/pasinyan-ktmt-sammitinden-sonra-beyanname-imzalamaqdan-imtina-edib
Xatırladaq ki, Paşinyan hökumətin bu yaxınlarda keçirilən iclasında 2021-ci il dekabrın 14-də Brüsseldə əldə edilmiş Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası ilə bağlı layihədən danışarkən Azərbaycan prezidentinin bu razılaşmanı pozduğunu bildirmişdi
“Bir neçə gün sonra Əliyev özü bu müqaviləni təsdiq edən sənədi imzalamaqdan imtina etdi. Mən rəsmən bəyan edirəm ki, bu gün mən bu sazişi təsdiq edən sənədi imzalamağa hazıram”, - deyə o, yeni kommunikasiyaların tikintisi ilə bağlı təklifdən imtina edənin məhz Bakının olduğunu vurğulamışdı.
Azərbaycan tərəfi Paşinyanın iddiaları ilə bağlı açıqlama verməyib. Rəsmi Bakı 10 Noyabr Atəşkəs Bəyanatına istinad edərək Ermənistan ərazisi boyunca Zəngəzur dəhlizinin salınmasını tələb edir. Yerevan isə Bəyanatda belə bir müddəanın olmadığı, Bakıya heç bir dəhliz verməyəcəklərini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb
Rəsmi səhifə