Siyasət

Paşinyan Putinlə görüşündən danışdı - Nələr müzakirə edilib?

13 Oktyabr, 2021
118

Rəsmi Səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə görüşünü məhsuldar adlandırıb.
 
"Sputnik Ermənistan"ın oktyabrın 13-də verdiyi məlumata görə, dünən Moskvada keçirilən görüşdə əsas etibarilə üçtərəfli sazişin öhdəliklərinin yerinə yetirilməsi, sərhəddə delimitasiya və demarkasiya məsələləri, "3+3" əməkdaşlıq formatı müzakirə olunub.
 
"Bu gün RF prezidenti Vladimir Putinlə görüşdüm. Görüş olduqca məhsuldar keçdi. Həm ikitərəfli gündəliyi, həm də regiondakı vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaların həyata keçirilməsi üçün əlaqələri davam etdirəcəyik", - deyə Paşinyan "Tvitter" hesabında yazıb.
 
"Qarabağ münaqişəsi problem olaraq qalır"
 
Paşinyanın Putinlə üzbəüz görüşündən də bəzi detallar məlum olub. Kreml saytının yazdığına görə, Putin Ermənistanın Baş nazirilə görüş haqqında danışarkən deyib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlərda daha çox nəticə əldə edirlər: "Bizim yaxınlarda MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün və uzunmüddətli perspektiv üçün tənzimləmə də daxil, əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq".
 
Nikol Paşinyan isə görüşdə əsas diqqəti Qarabağ ətrafında baş verən hadisələrə yönəldib:
 
"Biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında və ATƏT-in Minsk qrupunun həmsədri kimi əsas rol oynayır. Bütün bu problemlərin hamısı mühümdür təbii ki. Bunlar əsas məsələlərdir və mən bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq deyə məmnunam”.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar