Siyasət

Paşinyandan Azərbaycanla bağlı iddialar: Ödənişini etdiyimiz silahlar belə bizə çatdırılmır

Aytac Məmmədli
29 Sentyabr, 2022
619

Açıq mənbələrdən götürülüb

“Azərbaycanın təcavüzü Ermənistan Silahlı Qüvvələrində aparılan islahatları pozmaq və Ermənistana silah verilməsinin qarşısını almaq məqsədi daşıyır”.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 29-da keçirilən iclasında belə deyib. 

“Ermənistan ərazisi işğal olunub və bizim mövqeyimiz birmənalıdır – Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisindən çıxarılmalıdır”, - deyə baş nazir bildirib.

Onun iddiasına görə, Azərbaycan Ermənistan silahlı qüvvələrində aparılan genişmiqyaslı islahatları pozmaq istəyir.

https://toplum.tv/dunya/ermenistan-serhedde-atisma-neticesinde-3-ermeni-herbcisinin-helak-oldugunu-bildirir

“Biz silahlı qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlamışıq. Azərbaycan bu cür təxribatlara əl ataraq, islahatlara mane olmağa çalışır. Təəssüf ki, onlar müttəfiqlərimizlə münasibətlərdə də müəyyən uğurlar qazanıblar. Bakı çalışır ki, Ermənistana silah-sursat verilməsin. Hətta bəzi hallarda ödənişini etdiyimiz silah-sursatlar belə bizə çatdırılmır. 

Nikol Paşinyan həmçinin sülhməramlı qüvvələrin (ATƏT, BMT) Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini tələb edib. 

“Bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməkdə qətiyyətliyik”, - deyə o bildirib.

Bu gün, sentyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atəşkəsin yenə pozulduğu, nəticədə 3 erməni hərbçinin həlak olması barədə məlumat paylaşıb.

Azərbaycan Müdafiə Nazirliyi də dünən gecə atəşkəsin pozulduğunu açıqlamış, bir hərbi qulluqçunun yaralandığını bildirmişdi.  

Tərəflər atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birilərinin üstünə atıblar.

Məsələylə bağlı Paşinyan “Twitter” səhifəsində paylaşdığı məlumatda atəşkəsin Azərbaycanda tərəfindən pozulduğunu iddia edib və bunu “Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına qarşı hücum" kimi qiymətləndirib.

“Azərbaycan qoşunlarının geri çəkilməsi və beynəlxalq müşahidəçi missiyasının Azərbaycanın işğalından zərər çəkmiş Ermənistan ərazilərində və sərhədyanı rayonlarda yerləşdirilməsi mütləq zərurətdir”, - Paşinyan qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranın izahat tələbinə cavab verib

31 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İran XİN-in mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavab verib. Toplum Tv xəbər verir ki, bu barədə martın 31-də Azərbaycan XİN-dən məlumat verilib.  Ayxan Hacızadə Kənaniyə nazir Ceyhun Bayramovun İsraildə səfərdə ikən səsləndirdiyi fikirlərə diqqətlə qulaq asmağı tövsiyə edib. Onun sözlərinə görə, Bayramov İsrail xarici işlər naziri ilə mətbuat brifinqi zamanı İrana qarşı hər hansı bir mövqe səsləndirməyib. Buna görə də o, İran XİN-i tərəfindən verilən bu açıqlamanı növbəti anti-Azərbaycan addım kimi qiymətləndirib. https://toplum.tv/siyaset/piran-azerbaycandan-izahat-teleb-edirp "Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib. Bunun əksinə, son zamanlar İran ərazisindən...
Siyasət

İran Azərbaycandan izahat tələb edir

Toplum TV
31 Mart 2023

Rəsmi səhifə

Tehran İsrailin Azərbaycan ərazisindən İrana hücum hazırladığını bildirir və Bakıdan izahat tələb edir.  Toplum TV "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə martın 31-də İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasser Kənani gündəlik brifinq zamanı  danışıb.  Kənani açıqlamasında deyib ki, İran "sionist rejimin Azərbaycan Respublikası ərazisindən İrana qarşı sui-qəsd hazırlamasına biganə qala bilməz" və o, Azərbaycan hökumətindən İsraillə əldə olunan razılaşmalarla bağlı izahat tələb edib. XİN sözçüsü xüsusilə İsrailin xarici işlər naziri Eli Koenin azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında işlətdiyi "Azərbaycan və İsrail İranın təhdidini bölüşür" ifadəsinə aydınlıq gətirilməsini tələb edib.  "Bu, sionist rejimin Azərbaycan Respublikası...

Seçilmiş Videolar

Toplum TV loqo