Siyasət

Paşinyandan Azərbaycanla bağlı iddialar: Ödənişini etdiyimiz silahlar belə bizə çatdırılmır

Aytac Məmmədli
29 Sentyabr, 2022
373

Açıq mənbələrdən götürülüb

“Azərbaycanın təcavüzü Ermənistan Silahlı Qüvvələrində aparılan islahatları pozmaq və Ermənistana silah verilməsinin qarşısını almaq məqsədi daşıyır”.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 29-da keçirilən iclasında belə deyib. 

“Ermənistan ərazisi işğal olunub və bizim mövqeyimiz birmənalıdır – Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisindən çıxarılmalıdır”, - deyə baş nazir bildirib.

Onun iddiasına görə, Azərbaycan Ermənistan silahlı qüvvələrində aparılan genişmiqyaslı islahatları pozmaq istəyir.

https://toplum.tv/dunya/ermenistan-serhedde-atisma-neticesinde-3-ermeni-herbcisinin-helak-oldugunu-bildirir

“Biz silahlı qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlamışıq. Azərbaycan bu cür təxribatlara əl ataraq, islahatlara mane olmağa çalışır. Təəssüf ki, onlar müttəfiqlərimizlə münasibətlərdə də müəyyən uğurlar qazanıblar. Bakı çalışır ki, Ermənistana silah-sursat verilməsin. Hətta bəzi hallarda ödənişini etdiyimiz silah-sursatlar belə bizə çatdırılmır. 

Nikol Paşinyan həmçinin sülhməramlı qüvvələrin (ATƏT, BMT) Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini tələb edib. 

“Bütün amillərə baxmayaraq, biz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etməkdə qətiyyətliyik”, - deyə o bildirib.

Bu gün, sentyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə atəşkəsin yenə pozulduğu, nəticədə 3 erməni hərbçinin həlak olması barədə məlumat paylaşıb.

Azərbaycan Müdafiə Nazirliyi də dünən gecə atəşkəsin pozulduğunu açıqlamış, bir hərbi qulluqçunun yaralandığını bildirmişdi.  

Tərəflər atəşkəsin pozulmasına görə məsuliyyəti bir-birilərinin üstünə atıblar.

Məsələylə bağlı Paşinyan “Twitter” səhifəsində paylaşdığı məlumatda atəşkəsin Azərbaycanda tərəfindən pozulduğunu iddia edib və bunu “Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına qarşı hücum" kimi qiymətləndirib.

“Azərbaycan qoşunlarının geri çəkilməsi və beynəlxalq müşahidəçi missiyasının Azərbaycanın işğalından zərər çəkmiş Ermənistan ərazilərində və sərhədyanı rayonlarda yerləşdirilməsi mütləq zərurətdir”, - Paşinyan qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

“Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə fəallar və hüquq müdafiəçiləri bəyanat yaydı

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Milli Məclisinin müzakirəsinə çıxarılan “Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə ictimai-siyasi fəallar və insan hüquqları müdafiəçiləri birgə bəyanat verib.  Toplum TV xəbər verir ki, bəyanatda qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd olduğu və vətəndaşların siyasi iradəsinin boğulmasına yönəldiyi bildirilir. "Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o...
Siyasət

“Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul edildi

29 Noyabr 2022

Rəsmi səhifə

Bu gün, noyabrın 29-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Milli Məclisin rəsmi saytı məlumat yayıb.  Bildirilir ki, qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.  https://toplum.tv/iqtisadiyyat/berber-derzi-ve-taksi-suruculerinin-odeyeceyi-tibbi-sigorta-haqqi-melum-oldu Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək. Həmçinin layihəyə əsasən, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar da maliyyə yardımı alacaq. Qanun layihəsi ilə ətrafı buradan tanış ola bilərsiniz: Siyasi partiyalar haqqında qanun 

Seçilmiş Videolar

Toplum TV loqo