Siyasət

ATƏT Azərbaycanda jurnalistlərin həbsindən narahat olduğunu bildirib

16 Yanvar, 2024
375

Rəsmi səhifə

ATƏT

"Azərbaycanda media işçilərinin son həbsləri dərin narahatlıq doğurur".

Toplum TV xəbər verir ki, bunu yanvarın 16-da ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeyro "X" sosial media hesabındakı açıqlamasında bildirib. 

""Abzas Media" və "Kanal 13" daxil olmaqla Azərbaycanda mətbuat işçilərinin son həbsləri, eləcə onların qohumlarının incidilməsi dərin narahatlıq doğurur. Jurnalistlər təqib qorxusu olmadan ictimai maraq doğuran məsələlərdən xəbər verə bilməlidirlər. Jurnalistika cinayət deyil", - Ribeyro açıqlamasında vurğulayıb. 

https://toplum.tv/siyaset/pjurnalist-sahin-rzayev-hebs-edilibp

Qeyd edək ki, bir müddət əvvəl "Abzas Media" onlayn nəşrinin 6 əməkdaşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham edilərək həbs olunublar. Həmçinin “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov qaçaqmalçılıq ittihamı ilə həbs cəzasına məhkum olunub. 

Jurnalistlər onlara qarşı irəli sürülən ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo