Siyasət

Patriarx Kirill: "Siyasi maraqlar Qarabağ münaqişəsinin həllinə mane olur"

13 Oktyabr, 2021
57

Açıq mənbələrdən götürülüb

Siyasi maraqlar Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə razılığa gəlməyə mane olur, din xadimləri isə danışıq prosesi zamanı Tanrıya etiqada, ümumi mənəvi dəyərlərə və bir-birlərinə etimada əsaslanan üstünlüklərə malikdirlər.
 

"RİA Novosti" xəbər verir ki, bu sözləri Moskva və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşündə deyib.
 
Rusiyanın dini lideri oktyabrın 12-də əvvəlcə ermənilərin katolikosu II Qareginlə, daha sonra isə şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Oktyabrın 13-də isə üçtərəfli görüş baş tutub.
 
“Hərbi münaqişənin həllindən söz düşəndə siyasi faktor mövcuddur və bu faktor dominantlıq edəndə danışıqlar çətinləşir. Bəzən bizə özümüzün dini nöqteyi-nəzərimizdən insanların dil tapa bilməməsi anlaşılmaz görünür. Onlar siyasi maraqlara görə razılaşa bilmirlər”, - patriarx Kirill söyləyib.
 
Onun sözlərinə görə, belə problemlərin müzakirəsi zamanı dini liderlər üstünlüyə malikdirlər, çünki “bizim ümumi əsaslarımız var – Tanrıya inam, mənəvi dəyərlər sistemi, bir-birimizə etimad, dürüstlük, bu da əlverişli atmosfer yaradır”.
 
“Bir-birimizi tanıdığımız bu 30 il ərzində bizi bölən və gərginlik yaradan bircə hal belə olmayıb. Biz həmişə müzakirə etdiyimiz məsələlərin həllini tapmışıq”, - patriarx Kirill şeyxülislam Allahşükür Paşazadəyə söyləyib.

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar