Avropa Birliyi: Qarabağ erməniləri qayıtmaq istəmirsə, məcbur edə bilmərik
Açıq mənbələrdən götürülüb
Toivo Klaar
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə "Armenpress" nəşrinə müsahibə verib.
Toplum TV xəbər verir ki, Aİ rəsmisi müsahibəsində bölgədə kommunikasiyaların açılması və Qarabağ ermənilərinin geriyə qayıtması məsələlərinə də toxunub.
Klaarın sözlərinə görə, Qarabağ ermənilərinin geri qayıtmaq hüququnun təmin edilməsi çox vacibdir, bunun üçün təhlükəsizlik məsələsi təmin olunmalıdır:
"Biz bunu Aİ-nin nöqteyi-nəzərini çox aydın şəkildə bildirmişik: bütün köçkünlər istədikləri halda təhlükəsiz şəkildə öz yaşayış yerlərinə qayıda bilməlidirlər.
Bu, bizim müxtəlif platformalarda qaldırdığımız sualdır və hesab edirik ki, bu, həll edilməli olan çox mühüm problemdir. Ancaq əlbəttə ki, insanlar geri qayıtmaq istəmirsə, heç kim onları məcbur edə bilməz. Geri qayıtmaq istəyənlərə isə, şəraitin yaradılması üçün hər cür səy göstərilməlidir".
Aİ rəsmisi Ermənistan ərazisində dəhlizin yaradılması məsələsi barədə də danışıb. O vurğulayıb ki, Ermənistan ərazisindən keçməsi ehtimal olunan istənilən yola Ermənistan nəzarət etməlidir, bunun alternativi yoxdur.
Klaar iki ölkə arasında münasibətlərin normallaşmasının Aİ-nin marağında olduğunu da qeyd edib. O, bildirib ki, sülh sazişinin harada imzalanması əsas deyil, əsas olan sadəcə müqavilənin bağlanmasıdır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?