Açıq mənbələrdən götürülüb
Avropa Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 16-da Azərbaycandan göndərilmiş ərizələrlə bağlı qərarlarını elan edib.
Toplum TV "aihmaz.org" saytına istinadən xəbər verir ki, bu işlərdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilmişdi.
Aynurə İmranova və başqa 17 ərizəçi Azərbaycana qarşı işində AİHM ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyi qənaətinə gəlib. Qərara əsasən, 18 ərizəçinin hər birinə mənəvi zərər əvəzi 3 min avro ödənilməlidir. Hər bir ərizəçinin vəkillərinə də hər işə görə 3 yüz avro ödənilməlidir.
Bu işdə ərizəçilər aşağıdakılar olub:
Aynurə İmranova, Qubad İbadoğlu, Elçin Abdullayev, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Emin Hüseynov, Zöhrab İsmayılov, Rəsul Cəfərov, Gülnarə Bağırova, Səadət Mehdiyeva, Ülviyyə Axundova, İqtisadi Araşdırmalar Mərkəzi, Milli və beynəlxalq araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Azərbaycan Hüquqşunaslar Assosiasiyası, Demokratik Təsisatlar və İnsan Haqları Birliyi, Azad İqtisadiyyata Yardım İctimai Birliyi;
Bu məhkəmə işi də iddia edilən qanunsuz fəaliyyətlərinə görə bir sıra ictimai bilriklərə və şəxslərə qarşı açılmış cinayət işi çərçivəsində ərizəçilərin bank hesablarına həbs qoyulması ilə bağlı idi. Ərizəçilərdən A.İmranova AİHM qarşısında iddia edirdi ki, bank hesablarına həbs qoyulması onun mülkiyyət hüququnun pozuntusu ilə müşayət olunub. Digər ərizəçilər (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Emin Hüseynov, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi) qeyd edilən pozuntu ilə yanaşı Konvemsiyanın 6-cı, 11-ci, 13-cü və 18-ci maddəsinin pozuntusu iddiasını da irəli sürmüşdülər.
https://toplum.tv/siyaset/pavropa-mehkemesi-nardaran-hadiseleri-ile-bagli-qerar-ccedilixaribnbspp
Elnur Məcidli Azərbaycana qarşı işində AİHM hesab edib ki, ərizəçiyə münasibətdə ədalətli məhkəmə araşdırması hüququ pozulub, habelə, dövlət bu işdə Konvensiyanın 34-cü maddəsi üzrə öhdəliklərinə əməl etməyib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4350 avro ödəməlidir.
Məcidli işi Azərbaycan Xalq Cəbhəsi Partiyasının partiya fəalının dinc toplaşmaq hüququndan yararlanması kontkestində baş vermiş olaylarla bağlı idi.
İbrahimbəyov və başqaları Azərbaycana qarşı işiylə bağlı AİHM qərar qəbul edib və ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilənin baş vermədiyi qənaətinə gəlib.
Məhkəmənin qənaətincə, ərizəçilərin mülkiyyət hüquqlarına müdaxilə, uyğun daxili qanunvericiliyin tətbiqinin qanuni nəticəsi olub, qanunun aliliyinə hörməti təmin etmək məqsədi daşıyıb. Bu işdə ərizəçilər Rüstəm İbrahimbəyov, Şöhrət İbrahimbəyova və Lalə Əfəndiyeva 1939, 1966 və 1941-ci il doğumlu Azərbaycan vətəndaşlarıdır. Məhkəmə işi ərizəçilərə məxsus olan torpaq sahəsinin sənədlərinin Dövlət Neft Şirkətinin tələbi ilə qanunsuz olaraq ləğv edilməsi iddiaları ilə bağlı idi. Konvensiyanın 6-cı maddəsinə (ədalətli dinləmə hüququ) və Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinə (mülkiyyətin qorunması) söykənən ərizəçilər, torpaq sahələrinin əlləridən alınmasının qanunsuzluğundan, məhkəmə qərarlarının əsaslandırılmadığından şikayət etmişdilər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə