Siyasət

Avropa Məhkəməsi Əvəz Zeynalov və Qənimət Zayidovun lehinə qərar çıxardı

19 Yanvar, 2023
144

Açıq mənbələrdən götürülüb

Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 19-da Azərbaycanla bağlı növbəti qərarlarını elan edib. 

Toplum TV xəbər verir ki, bu barədə "aihmaz.org" saytı məlumat yayıb. 

"Xural" qəzeti və Əvəz Zeynalov Azərbaycana qarşı işində ərizəçilər "Xural" qəzeti və həmin qəzetin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynalov idi. Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin bu qəzetdə dərc edilmiş iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiaları ilə bağlı idi. Mübahisəli “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində digər məsələlərlə yanaşı KİV-ə Dövlət Dəstəyi Fondunun hazırda həbsdə olan icraçı direktoru Vüqar Səfərli tənqid olunmuşdu.

https://toplum.tv/siyaset/pavropa-mehkemesi-4-muumlxalifetccedilinin-lehine-qerar-ccedilixaribp

V.Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr Xural qəzetini 5 min manat cərimələmişdilər. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər. Ərizə AİHM-ə 2012-ci ildə göndərilmişdi.

AİHM bu işdə ərizəçinin ifadə azadlığı hüququna müdaxilə baş verdiyi qərarına gəlib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.

Zayidov Azərbaycana qarşı işində ərizəçi Qənimət Zayidov Fransada yaşayan Azərbaycan vətəndaşıdır. O, hadisələrin baş verdiyi vaxt müxalif yönümlü “Azadlıq” qəzetinin redaktoru və müxalif siyasi partiya olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (Azərbaycan Xalq Cəbhəsi Partiyası) üzvü olub. Bu məhkəmə işi ərizəçinin qəsdən sağlamlığa orta ağır zərər vurma və xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlı idi. İşin hallarına görə, ərizəçi “Azadlıq” qəzetinin o vaxtkı ofisinin yerləşdiyi “Azərbaycan” nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı xanımla mübahisə edib, daha sonra ona xəsarət yetiribmiş. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlqıdan məhrum etmə hökmü çıxarıblar. Ərizəçi ardınca 2010-cu ildə Azərbaycan prezidenti tərəfindən əfv edilib. AİHM-ə 2008-ci ildə göndərilmiş ərizədə ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1 və 6.3(d)) pozuntusu mübahisələndirilmişdi.

AİHM bu işdə ərizəçinin dəalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 6 min avro ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo