Siyasət

Avropa Məhkəməsi Qubad İbadoğlu ilə bağlı iddianı təmin etdi

Toplum TV
21 Sentyabr, 2023
92

Açıq mənbələrdən götürülüb

Qubad İbadoğlu

Avropa İnsan Hüquqları Məhkəməsi müxalif siyasətçi Qubad İbadoğlunun işi ilə bağlı vəkillərin şikayətinin bütün bəndlərini təmin edən qərar verib. 

Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-i ADR sədrinin qardaşı Qalib Turan öz "feysbuk" səhifəsində açıqlayıb.

Belə ki, məhkəmənin iş üzrə 39-cu Qaydasına uyğun olaraq Azərbaycan hökumətinə həbsdə olan İbadoğlununun xəstəxanaya köçürülməsi, müvafiq tibbi müayinələrinin aparılması və adekvat müalicəsinin təşkil olunması, həmçinin onun sağlamlıq durumu barədə mütəmadi olaraq Avropa Məhkəməsinin məlumatlandırılması vəzifəsi qoyulub.

Qərarda 39-cu qaydada göstərilən tədbirlərə əməl edilməyəcəyi halda Konvensiyanın 34-cü maddəsinin pozulmasına səbəb olacağı bildirilib.

Bundan başqa, növbətçi məhkəmə 20 sentyabr qərarı ilə Qubad İbadoğlunun müayinələrinin keçirilməsini və erkən mərhələdə cərrahi müdaxiləni tələb edən sağlamlıq problemlərinin hökumət tərəfindən diqqətə alınması ilə bağlı beş bənd qəbul edib.

https://toplum.tv/siyaset/pnorveccedil-helsinki-komitesi-qubad-ibadoglunu-derhal-azad-etmeye-ccedilagiribp

Avropa İnsan Hüquqları Məhkəməsi iqtisadçı-alimə  41-ci qaydanın prioritet (öncəlik) hüququnu tanıyıb.

Bildirək ki, Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo