Siyasət

Avropa Şurası Azərbaycandan “Media haqqında” qanunun dəyişdirilməsini tələb edir

25 Sentyabr, 2023
119

Açıq mənbələrdən götülüb

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı 3 qrupa daxil olan qərarların icrasını incələyib.

Toplum Tv xəbər verir ki, bu barədə sentyabrın 25-də hüquqşünas Xalid Ağaliyev məlumat yayıb. 

Bildirilir ki, Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı jurnalistlərlə əlaqəli qərarlarının icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır, defamasiyaya görə azadlıqdan məhrum etmə cəzalarının ləğvini nəzərdə tutur.

Xədicə İsmayılova Qrupu çərçivəsində AİHM-in X.İsmayılovanın şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır. Bu qrup işinin icrası çərçivəsində Azərbaycan hökuməti jurnalistlərin effektiv qorunması mexanizmi yaratmalı, jurnalistlərə qarşı yol verilən cinayətlərin araşdırılmasını, ifadə və şəxsi həyata hörmət hüququ ilə bağlı məhkəmə təcrübəsinin inkişaf etdirilməsini təmin etməlidir.

https://toplum.tv/siyaset/pai-herbi-emeliyyatlara-goumlre-azerbaycana-sanksiya-tetbiq-etmeyecekp

Müzakirə olunan 3-cü qrup işi – Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Məlumata görə, AŞ NK müzakirələrin sonunda hər 3 qrupla bağlı qətnamə qəbul edib.

Mahmudov və Ağazadə qrup işi ilə bağlı qətnamədə AŞ NK “səlahiyyətləri nifrət nitqi və ya zorakılığa təşviq halları kimi istisna durumlarda defamasiyaya görə cinayət təqibindən istifadə edilməsi ilə bağlı prokurorluq orqanlarının təcrübəsini təkmilləşdirməyə çağırır, qanunvericiliyin dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsində yaşanan ciddi gecikmələri böyük əndişə ilə qeyd edir, hakimiyyət orqanlarını çoxdan gözlənilən qanunvericiliyin dəyişdirilməsi prosesini daha da gecikmədən sürətləndirməyə çağırır”.

Xədicə İsmayılova Qrupu ilə bağlı qətnamədə “Media haqqında” qanunun dəyişdirilməli olduğu vurğulanır. “Səlahiyyətliləri, “Media haqqında” Qanunu Avropa Şurasının standartları ilə tam uyumlu hala gətirmək üçün nəzərdə tutula biləcək bütün konkret tədbirləri işləyib hazırlamağa çağırır və qüvvədə olan qanunvericiliyin çərçivəsinin jurnalistlərə öz ifadə azadlığı hüquqlarından istifadə etməyə imkanı verən əlverişli mühit yaratmasını təmin etmək məqsədilə həll edilməmiş məsələləri çözməyə qətiyyətlə təşviq edir”, sənəddə vurğulanır.

AŞ NK Anar Məmmədli Qrupu ilə bağlı qətnaməsində 7 ərizəçinin məhkumluqlarının ləğvini tələb edib.

Bildirilib ki, AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Xatırladaq ki, ötən həftə Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 1475-ci toplantısında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə edilib. 3 gün davam edən toplantının gündəliyinə Azərbaycanla bağlı 10-dan artıq qərarın icra durumu da daxil edilmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo