Açıq mənbələrdən götürülüb
Həbsxana
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib.
Toplum Tv xəbər verir ki, bu barədə mayın 29-da AXCP-nin mətbuat xidmətindən bildirilib
Məlumata görə, Əhmədov mayın 26-da səhər saxlanılıb. "Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır", - Partiyanın açıqlamasında qeyd edilib.
AXCP hesab edir ki, Əhmədovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan "Turan" agentliyinə bildiriblər ki, Zaur Əhmədov mayın 26-da "ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə" saxlanılıb. O, məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır