Açıq mənbələrdən götürülüb
AXCP-nin aksiyası
Həbsdə olan AXCP üzvü Əlizamin Salayevə azadlıq tələbi ilə martın 30-da Ədliyyə Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasında 52 nəfər saxlanılıb.
Toplum TV xəbər verir ki, bu barədə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn məlumat verib.
Onun sözlərinə görə, saxlanılan aksiya iştirakçılarından Elvin Əliyev, Kənan İbrahimli və Cavid Zülfüqarlı 50 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.
İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən məhkəmə qarşısına çıxarılan AXCP üzvləri Şəhladar İsgəndərli 25, Ceyhun Novruzov isə 30 sutka inzibati həbs cəzası alıb.
"Müdafiə Xətti"-nin hüquq müdafiəçilərindən Zəfər Əhmədovun sözlərinə görə, aksiya iştirakçıları arasında xəsarət alanlar da var.
O bildirib ki, polis əməkdaşları da aksiyanı işıqlandıran jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olub.
Jurnalist Nurlan Cəfəri də aksiyada saxlanılanlar arasındadır.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev Toplum Tv-yə bildirib ki, jurnalist polis əməkdaşına əl qaldırıb və onların öz xidməti vəzifələrini yerinə yetirməsinə mane olub.
İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə məhkəmə qarşısına çıxarılan Cəfəri 15 sutka müddətinə həbs edilib.
https://toplum.tv/multimedia/paxcp-nin-aksiyasinda-polis-muumldaxilesip-1
Xatırlatma
Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Əlizamin Salayevi xuliqanlıq ittihamı ilə həbs edib. Onu 5 ilədək həbs cəzası gözləyir.
Martın 30-da Qaradağ Rayon Məhkəməsi Əlizamin Salayevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Salayev azad edilməsi tələbilə 52 gündür ki, aclıq aksiyası keçirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb