Siyasət

Azərbaycan Avropa İttifaqına etiraz edib, səfir XİN-ə çağırılıb 

12 Fevral, 2024
119

Rəsmi səhifə

XİN

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Toplum TV xəbər verir ki, bu barədə nazirliyin fevralı 12-də yaydığı məlumatda bildirilir. 

Məlumata görə, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının "əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin" ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb.

https://toplum.tv/siyaset/pai-nin-azerbaycandaki-nuumlmayendesi-yerli-kiv-e-naraziligini-bildiribp

Rəsmi Bakı bildirir ki, missiya Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur: 

"Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.

"Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib".

Qeyd edək ki, Azərbaycan tərəfi fevralın 3-də Çexiya vətəndaşının Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olduğu və hərbçilər tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Hökumətyönlü mediada yayılan xəbərlərdə bildirilirdi ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində (DTX)  istintaq-əməliyyat araşdırmaları aparılır.  Çexiyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycana keçərkən saxlandığını təsdiqləyib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo