Siyasət

Azərbaycan Demokratiya Sammitinə dəvət edilməyib

23 Mart, 2023
923

Bayden Administrasiyası gələn həftə keçiriləcək Demokratiya Sammitində iştirakla bağlı 120 dünya liderinə dəvətnamə göndərib. Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verir. 

Xəbərdə deyilir ki, dəvətlilər arasında Azərbaycanın adı yoxdur. 

"Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik, həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik", - deyə ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski brifinqdə bildirib. 

Onun sözlərinə görə, yeni dəvətlilər Bosniya və Herseqovina, Lixtenşteyn, Kot-d'İvuar, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və Hondurasdır. 

Berşinskinin sözlərinə görə, sammitin hədəfi demokratik institutların möhkəmlənməsi, korrupsiyaya qarşı mübarizəyə və insan hüquqlarının müdafiəsidir.

Bayden Administrasiyası gələn həftə demokratiya və hüquq müdafiəsi haqqında bir sıra yeni təşəbbüsləri açıqlamalıdır. Eyni zamanda azad və müstəqil KİV-lərin dəstəklənməsi, korrupsiyaya qarşı mübarizə, demokratik islahatların və hüquq müdafiəçilərinin dəstəklənməsi, azad və ədalətli seçkilərin müdafiəsi üzrə yeni və mövcud təşəbbüslər üçün 400 milyon dollar ayrılması gözlənilir.  

Azərbaycana və dəvət olunmayan digər ölkələrə gəlincə, Berşinskinin sözlərinə görə, Vaşinqtonun bu ölkələrin xalqlarına müraciəti açıqdır:

"Dəvət olunmayan ölkələrin fəallarına demək istərdik ki, onlar bu prosesdə özünəməxsus şəkildə iştirak edirlər. Onların da demokratiya dəyərlərinin təşviqində iştirak etmək imkanı olacaq”.

Onun sözlərinə götə, Demokratiya Sammitinin mahiyyəti demokratiyaya töhfə verən bütün iştirakçıları onun dəyərlərinin daha yaxşı təşviqi üzrə öhdəliklər götürməyə vadar etməkdən ibarətdir və bu, təkcə hökumətlərlə məhdudlaşmır. 

ABŞ-ın 2021-ci ilin dekabrında keçirdiyi Demokratiya Sammitinə Rusiya, Türkiyə, Azərbaycan və bəzi ölkə başçıları dəvət olunmamışdılar. 

Bakı bu addımı tənqid etmişdi. Prezident İlham Əliyev yerli mediaya müsahibəsində Azərbaycanın deyil, Ermənistanın sammitə dəvət edilməsini ayrıseçkilik kimi dəyərləndirmişdi.

Hakimiyyətin tənqidçilərisə Azərbaycanın tədbirə dəvət olunmamasını onun insan hüquqlarını, təməl azadlıqları pozması ilə izah etmişdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Rəsmi Bakı İranda saxlanılan azərbayanlı tələbə ilə bağlı açıqlama verib

2 İyun 2023

Rəsmi səhifə

"İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür". Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib. O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib". https://toplum.tv/siyaset/pazerbaycanli-telebenin-iranda-casusluq-ittihami-ile-hebs-olundugu-bildirilirp...
Siyasət

Rəsmi Bakı Makronun bəyanatından narazı qalıb

2 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir". Toplum Tv xəbər verir ki, bu barədə iyunun 2-də Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti Emmanuel Makron tərəfindən Kişineu görüşünün nəticələrinə dair yayılmış bəyanata cavab olaraq deyib. Onun sözlərinə görə, Kişineuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo