Siyasət

Azərbaycan və Ermənistan rəsmilərinin sərhəddə harada görüşəcəyi məlum olub

29 Noyabr, 2023
203

Açıq mənbələrdən götürülüb

Sərhəd

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin sərhəddə dəqiq harada görüşəcəyi məlum olub. 

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da Ermənistan baş nazirinin müavininin ofisindən bildirilib.

Məlumata görə, noyabrın 30-da sərhədin demarkasiyası məsələləri üzrə dövlət komissiyalarının işi çərçivəsində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev və Mher Qriqoryan arasında görüş Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasındakı sərhəddə baş tutacaq.

https://toplum.tv/siyaset/psimonyan-ermenistan-anklavlari-azerbaycana-qaytarmaga-hazirdirp

Bundan əvvəl, noyabrın 28-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan anklavlar məsələsi barədə açıqlama vermişdi. 

Onun sözlərinə görə, Yerevan anklavları qaytarmağa hazırdır, amma əvəzində Bakı da Başkəndi (Artsvaşen) qaytarmalıdır.

"İstisna etmirəm ki, biz hansısa həll yolu tapacağıq, məsələn, sərhədin bu tərəfində olan burada qalacaq, sərhədin o tərəfində olan da orada qalacaq. Məsələn, Artsvaşen ərazisi Azərbaycanın danışa biləcəyi 2-3 anklavdan xeyli böyükdür”, - deyə spiker açıqlamasında bildirmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo