Açıq mənbələrdən götürülüb
Bayramov-Mirzoyan
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların növbəti mərhələsi iyunun 12-də ABŞ-da başlayacaq.
Toplum TV "Azatutyun" radiosuna istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşdə deyib.
Onun sözlərinə görə, eləcə də iyunun 2-də Moskvada nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
İyunun 1-də Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Danışıqlarla bağlı açıqlama verən Şarl Mişel bildirib ki, görüşdə sülh müqaviləsi və sərhədlərin delimitasiyası kimi məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, Kişineu toplantısı iyulun 21-də Brüsseldə baş tutacaq növbəti görüşə hazırlıq xarakteri daşıyıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq
Rəsmi səhifə
Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir
TASS
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır