Siyasət

Azərbaycan və Rusiya Qarabağdakı rus sülhməramlılarının gələcəyini müzakirə edir

12 Fevral, 2024
124

Açıq mənbələrdən götürülüb

Rus sülhməramlıları

"Rusiya və Azərbaycan Qarabağdakı rus sülhməramlılarının gələcəyini fəal şəkildə müzakirə edirlər"

Toplum TV xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər sülhməramlılarla bağlı növbəti danışıqların tarixini razılaşdırırlar: 

"Bakı regionun bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib. İndi sülhməramlılar Azərbaycan silahlı qüvvələri ilə birlikdə əraziyə nəzarət edir, binaları, mədəni strukturları qoruyurlar".

https://toplum.tv/siyaset/permenistan-azerbaycana-yeni-mina-xeriteleri-veribp

Yevdokimov müsahibəsində həmçinin qeyd edib ki, Qarabağla bağlı məsələ Azərbaycanın ötən ilin sentyabrın keçirdiyi hərbi əməliyyatdan sonra bağlanıb:

“Ermənistan və Azərbaycan indi birbaşa sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklifləri, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər".

Səfir eləcə də qeyd edib ki, Moskva tərəflər üçün platforma, üstəlik lazım gələrsə, ekspertiza, mətnlə bağlı məsləhətlər verməyə hazırdır. Onun sözlərinə görə, azərbaycanlı həmkarlarla çox yaxşı qarşılıqlı əlaqələr mövcuddur. 

Yevdokimov müsahibəsində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin yaradılması məsələsinə də toxunub. O bildirib ki, Ermənistan Naxçıvana nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidib, nəticədə Azərbaycan tərəfi İran üzərindən kommunikasiya açmağa qərar verib. 

"Orada yol bir az daha uzundur – 60 km-filan, marşrut daha mürəkkəbdir, amma artıq işlər gedir, - səfir qeyd edib və əlavə edib ki, bu marşrut sayəsində Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşımaq mümkün olacaq. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo