Report.az
FHN
Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndi şəhərinə yola düşüb.
Toplum TV "Report"a istinadən xəbər verir ki, onlar Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirləri görəcəklər.
Bildirilir ki, eyni zamanda Xocalı şəhəri yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla birgə yola düşəcək.
https://toplum.tv/siyaset/palmaniya-xin-qarabaga-tecili-beynelxalq-missiya-goumlnderilmelidirp
Xatırladaq ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 68-ə çatıb. Onlardan 21-nin şəxsiyyəti müəyyən edilib. Partlayış nəticəsində 105 nəfər itkin düşmüş hesab edilir. 290 nəfər isə yaralanıb.
Sentyabrın 26-da FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri partlayışdan sonra yanğını söndürüblər.
Həmçinin Azərbaycan tərəfi partlayışdan zərərçəkənlərə təcili tibbi yardım göndərib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV