Azərbaycanlı tələbənin İranda casusluq ittihamı ilə həbs olunduğu bildirilir
Sosial Media
Fərid Səfərli
Azərbaycan vətəndaşı Fərid Səfərli iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edilib.
Toplum TV xəbər verir ki, bu barədə onun anası Dilarə Əsgərova "Amerikanın Səsi"nə deyib.
Səfərli bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra "yoxa çıxmışdı".
Dilarə Əsgərova bildirib ki, İran Xarici İşlər Nazirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyi cavabdan sonra Azərbaycan XİN ona oğlunun casusluq ittihamı ilə həbs edilməsi barədə məlumat verib.
"Bu casusluq ittihamını eşidəndə həm gülməyim gəlir, həm də ağlamağım. Fərid və casusluq, bu, gülməlidir. Günahsız bir insanın casusluq ittihamı ilə həbs edilməsi isə ağlamalıdır. Kifayət qədər ağır ittihamdır. Bu maddə ilə ittiham olunanlara hansı ağır cəzanın verildiyini firkirləşəndə bir ana kimi ürəyim parça-parça olur", - deyə o qeyd edib.
Dilarə Əsgərova oğlunun azad olunmasına kömək etməsi xahişi ilə Azərbaycan Prezidentinə müraciət edəcəyini bildirib. O, həmçinin Almaniya hökumətinə də müraciət edəcək.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Dilarə Əsgərova "Amerikanın Səsi"nə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub:
"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib".
Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərlinin taleyi ilə bağlı İranın Azərbaycandakı səfirliyinə iki dəfə nota verib.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsi "Amerikanın Səsi"nin Fərid Səfərli ilə bağlı İranın cavabı barədə sorğusuna yaxın müddətdə cavab verəcəyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Tehran: Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında razılaşmadan məmnunuq
Rəsmi səhifə
Qarabağdakı gərginlik nəticəsində 200-dən çox erməninin öldüyü bildirilir
TASS
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır