Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Laçın yolu ilə bağlı dediklərinə cavab verib.
Bu barədə XİN rəsmisi "Tvitter"də yazıb.
“Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi",- deyə paylaşımda qeyd olunub.
Bir gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırmışdı.
Blinken Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulamışdı.
Bu çağırışa qoşulan Ned Prays isə belə demişdi:“Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı
Açıq mənbələrdən götürülüb
Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib
Açıq mənbələrdən götürülüb