Siyasət

Bakı ABŞ Dövlət Departamentinin sözçüsünə cavab verdi

25 Yanvar, 2023
248

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın Laçın yolu ilə bağlı dediklərinə cavab verib.

Bu barədə XİN rəsmisi "Tvitter"də yazıb.

“Hörmətli Dövlət Departamentinin sözçüsü, Azərbaycanın Qarabağ bölgəsinə 1000-dən çox avtomobilin yük daşıması sizin yanvarın 24-də dediklərinizin əksini sübut edir. Ermənistan tərəfini öz öhdəliklərini yerinə yetirməyə və qanunsuz fəaliyyətə son qoymağa çağırmaq yerinə düşərdi",- deyə paylaşımda qeyd olunub.

Bir gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırmışdı.

Blinken Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulamışdı.

Bu çağırışa qoşulan Ned Prays isə belə demişdi:“Blinken prezident Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycan və Ermənistan XİN başçılarının görüş tarixi açıqlandı

26 Fevral 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq. Toplum TV xəbər verir ki, bu barədə fevralın 26-da Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Onun sözlərinə görə, görüş bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransında keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaya əsasən təşkil olunacaq.  Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri Ceyhun Bayramov Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi ilə bağlı təkbətək danışıqların aparılacağını bildirmişdi. 
Siyasət

Həbs olunmuş fəalın səhhətində problemlər yaranıb

26 Fevral 2024

Sosial Media

Azərbaycanın alternativ həmkarlar ittifaqı konfederasiyası olan "İşçi Masası"nın həbsdə olan üzvü Möhyəddin Orucovun səhhətində problemlər yaranıb.  Toplum TV xəbər verir ki, bu barədə fevralın 26-da "Turan" agentliyinə onun anası Təranə Orucova bildirib. O qeyd edib ki, 2023-cü ilin oktyabrında inzibati qaydada həbs edildikdən sonra Möhyəddini uzun müddət açıq havada saxlayıblar və onun böyrəklərinə soyuq dəyib. Həbs dövründə onu müayinə etməyiblər, sadəcə olaraq ağrıkəsicilər veriblər. Azad edildikdən sonra fəal müalicə olunub, lakin 2023-cü ildə yenidən həbs edildiyinə görə müalicəsi yarımçıq qalıb. https://toplum.tv/siyaset/pbahar-muradova-quotabzas-isiquot-ile-bagli-hebs-olunan-jurnalistlerden-danisibp Orucovun anasının sözlərinə görə, hazırda onun böyrəklərində ağrılar artıb. Onu xəstəxanaya yerləşdirməkdən imtina edirlər. Vəkil sabah yenidən onun xəstəxanaya...

Seçilmiş Videolar

Toplum TV loqo