Siyasət

Bakı səfirliyə hücuma görə İranı ittiham edir - Yeni detallar

6 Fevral, 2023
444

Açıq mənbələrdən götürülüb

Səfirliyə hücum

"İranda səfirliyimizə silahlı hücum edən terrorçu saxlanılan zaman onunla cinayətkar kimi rəftar edilməyib. Polisin müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırılmış olduğunu ehtimal etməyə əsas verir". 

Toplum TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu gün, fevralın 6-da keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, səfirliyə hücumun cümə günü seçilməsi təsadüf olmayıb: “İranda cümə istirahət günüdür. Terror aktına mane olan halları minimuma endirmək məqsədilə terrorçu özü ilə hadisə yerinə avtomat, güllə darağı, tapança, həmçinin “Molotov kokteyli” və digər yandırıcı maddələr gətirib. Bütün bunlar  hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

https://toplum.tv/siyaset/pprezident-sefirliye-huumlcumun-qarsisini-alanlari-teltif-edibnbspp

Hacızadə qeyd edib ki, cinayətkar hadisəni törətməzdən əvvəl avtomobili ilə iki dəfə səfirliyin qarşısından keçib.

“Saat 08:34-də İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yanındakı polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb. Terrorçu 4 dəqiqə ərzində, yəni 08:36-ya qədər səfirliyin bir əməkdaşını qətlə yetirib, iki əməkdaşını yaralayıb”, - APA rəsmidən sitat gətirib. 

Hacızadə Vasif Tağıyevin terrorçunun əlindən avtomatı aldığını diqqətə çatdırıb: "Amma bu dəfə terrorçu üzərindəki tapança ilə Vasif Tağıyevi çənəsindən yaralayıb".

XİN sözçüsü həmçinin qeyd edib ki, səfirliyin giriş qapısındakı İran polisinin əməkdaşı nəinki hadisəyə müdaxilə etməyib, hətta ərazidən uzaqlaşıb.

Onun sözlərinə görə, terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb, özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.

"Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin əsaslı cavab verilməyib"

Hacızadə bildirib ki, hadisəni törədən şəxsi psixoloji pozuntularının olması və hadisəni məişət zəminində törətməsiylə bağlı səsləndirilən bəyanatların heç bir əsası yoxdur: "Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur. Müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil. Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”. 

Hacızadə həmçinin vurğulayıb ki, Bakı hadisədə əli olan şəxslərin cəzalandırılmasını İrandan tələb edib, amma indiyə qədər İran heç bir əsaslı cavab verməyib.

"Hadisədən sonra İran polisinin fəaliyyəti onu göstərir ki, İran tərəfi indiki məqamda tutarlı tədbirlər görmək niyyətində deyil", - o bildirib və əlavə edib ki, İran tərəfdən səfirliyimizə hücumla bağlı qənaətbəxş tədbirlər görülmədiyi təqdirdə, hansı addımların atılacağı barədə hazırda hər hansısa bir məlumat verə bilməz.

Xatırlatma

Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8:30 radələrində baş verib.

Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev hadisəni terror aktı kimi qiymətləndirib. 

Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. 

ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo