Rəsmi səhifə
Müdafiə Nazirliyi
"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır".
Toplum TV xəbər verir ki, bu barədə sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - Nazirlikdən bildirilib.
Qeyd edək ki, erməni KİV Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Xankəndi istiqamətində hücuma keçməsi və atəşkəs rejimini pozması barədə məlumatlar yayıb.
Bildirilir ki, şəhərin mərkəzində də atışma səsləri eşidilib.
Son gərginlik fonunda erməni əhalinin bir hissəsinin Qarabağı tərk edərək Ermənistana yollandığı barədə məlumatlar yayılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV