Rəsmi səhif
Toplum TV - Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi (DİN) "SalamNews" və “İnteraz” mətbuat orqanlarında əməliyyat keçirib.
Məlumatı DİN-dən Toplum TV-yə təsdiq ediblər.
Bildirilir ki, əməliyyat zamanı 7 nəfər saxlanılıb.
Mətbuat qurumlarındakı əməliyyat Azərbaycan-İran münasibətlərinin kəskin pisləşməsi fonunda baş verib.
APA saxlanılan şəxslərin adlarını da açıqlayıb: A.T. Kərimov, E.A. Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H. Cabbarlı, F.S. Əbdülov və A.Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.
Qeyd olunub ki, sözügedən informasiya vasitələri Azərbaycan Respublikasında İran siyasətinin təbliğatı ilə məşğul olub, İranın maraqlarından çıxış ediblər.
https://toplum.tv/siyaset/pazerbaycan-xin-irana-seyahet-etmek-isteyenlere-xeberdarliq-etdip
Xatırlatma
Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.
Silahlı şəxs mühafizə postunu yararaq səfirliyə daxil olub. O, səfirliyin mühafizə xidmətinin rəhbərini qətlə yetirib, daha iki nəfəri isə yaralayıb.
Hadisə barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
ABŞ, Böyük Britaniya, İsrail, Ukrayna, Rusiya, Türkiyə və digər ölkələr Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə