Toplum TV - Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını davam etdirir.
“Toplum TV” xəbər verir ki, bu gün vəkili Aqil Layıc onunla görüşüb.
Vəkili B. Hacıyevi aclığı dayandırmaq fikrindən daşındıra bilmədiyini söyləyir.
“Ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirdi. Özünə qarşı olan haqsızlığa görə bu addımda israrlı olduğunu qeyd etdi. Müəssisə həkimi tərəfindən səhhəti yoxlanılacaq”,-A. Layıc belə deyir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Bəxtiyar Hacıyevin aclıq aksiyasına başlaması xəbərini təkzib edir.
Dekabrın 9-da ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.
Bəxtiyar Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq tədbirlərdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?