Sosial Media
Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib.
Bu məlumatı "Turan"-a onun vəkili Rövşanə Rəhimli təsdiqləyib.
Hacıyev Azərbaycan prezidentinə ünvanladığı ərizəsində qeyd edir ki, 2022-ci il dekabrın 9-dan ona qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittihamlarla bağlı həbsdədir.
O, dövlət başçısından onun həbsdən azad olunmasına “kömək etməyi” xahiş edir.
Vəkil qeyd edib ki, hər bir vətəndaşın öz hüquqlarının bərpasına köməklik göstərilməsi xahişi ilə dövlət başçısına müraciət etmək hüququ var.
Vəkil Rəhimli, Hacıyevin prezidentə müraciətinin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib:
“Biz çox ümid edirik ki, Bəxtiyar Hacıyev nəinki həbsdən azad ediləcək, ümumiyyətlə, onun barəsində qanunsuz cinayət təqibinə son qoyulacaq”.
Xatırlatma
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da həbs olunub. O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb. Fevralın 24-də məhkəmə onun haqqındakı həbs-qətimkan tədbirini daha 2 ay uzadıb.
İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri aclıq aksiyası keçirirdi. Hacıyev həbsdə ikən onu gözdən salmaq üçün sosial media kanallarında kampaniya başladılıb. Burada onun şəxsi həyatına aid materiallar və intim görüntülər paylaşılıb. Bir çox ictimai və siyasi xadimlər ictimai fəalın fəaliyyətinə bu cür kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu bildiriblər.
Fevralın 28-də ictimai fəal aclıq aksiyasını dayandırdığını bildirib. Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb.
Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri Hacıyevin həbsini sifarişli sayıb və Azərbaycan hökumətindən onun dərhal azadlığa buraxılmasını tələb ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb