Bəxtiyar Hacıyev və Əvəz Zeynallı ilə bağlı Prezidentə müraciət edildi
İctimai fəal Bəxtiyar Hacıyevin Bakı Apellyasiya Məhkəməsinə verilən apellyasiya şikayəti təmin olunmayıb.
Bu haqda Toplum TV-yə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
Müdafiə tərəfi alternativ qətimkan tədbirinin - girovun seçilməsi ilə bağlı müraciət etmişdi, amma Xətai rayon Məhkəməsi müraciəti təmin etməmişdi.
Yanvarın 24-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Bəxtiyar Hacıyev və Əvəz Zeynallının ev dustaqlığına buraxılması xahişi ilə Prezident İlham Əliyevə müraciət ediblər.
“Hər iki şəxsin səhhətində ciddi narahatlıqların olduğunu nəzərə alaraq, onların istintaq dövründə barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə köməklik göstərməyinizi xahiş edirik”.
Müraciəti 18 vətəndaş cəmiyyətinin rəhbəri - Sabit Bağırov, Arzu Abdulla, Şəhla İsmayıl, Novella Cəfəroğlu, Fikrət Cəfərli, Səidə Qocamanlı, Mehriban Vəzir, Hafiz Həsənov, Azər Mehdiyev, Əhməd Əlili, Mirəli Hüseynov, Nəsimi Məmmədli, Samir Əliyev, İlqar Hüseynli, Mehriban Zeynalova, Mirvari Qəhramanlı, Rəsul Cəfərov və Ziya Quliyev imzalayıblar.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan ictimai fəala qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 16 gündür aclığı davam etdirir. Hacıyev bundan əvvəl də 14 gün aclıq edib.
Əvəz Zeynallı bu ilin sentyabr ayında “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, 14 il həbs cəzası alan Rasim Məmmədovun şikayəti əsasında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə şübhəli bilinərək həbs edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb