Siyasət

Bəxtiyar Hacıyevə görə elan olunan aksiyada saxlanılanlar var  

Aytac Məmmədli
23 Dekabr, 2022
461

Açıq mənbələrdən götürülüb

Polis

Bəxtiyar Hacıyevə görə elan olunan aksiyada saxlanılanlar var. 

Bu gün “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirib. 

Aksiyada və aksiyadan bir neçə saat əvvəl Azərbaycan Xalq Cəbhəsi (AXCP), Azərbaycan Demokratiya və Rifah (ADR), "Müsavat" Partiyası, D18 Hərəkatının üzvlərindən bir neçəsinin, bəzi ictimai fəalların və hüquq müdafiəçilərinin saxlanıldığı bildirilir. 

İndiyədək saxlanılanların siyahısını təqdim edirik: 

1. Faiq Nağıyev (AXCP üzvü)
2. Tofiq Məmmədov (AXCP üzvü )
3. Emil Manıyev (Reportyor)
4. Hüseyn Məlik (ADR üzvü)
5. Afiəddin Məmmədov (D18 Hərəkatının üzvü)
6. Samir Sultanov  (D18 Hərəkatının üzvü )
7. Gülnarə Rahimova (AXCP üzvü )
8. Elşən Məmmədov (AXCP üzvü )
9. Ceyhun Novruzov (AXCP üzvü)
10. Saqif Qurbanov (AXCP üzvü )
11. Elxan Əliyev (AXCP üzvü )
12. Zamin Salayev (AXCP üzvü)
13. Babək Həsənov (AXCP üzvü)
14. Arifə Cəfərova (AXCP üzvü) 
15. Bəhram Bəhram (AXCP üzvü)
16. Mehman Həbibov (AXCP üzvü)
17. Rövşən Məmmədov (AXCP üzvü)
18. Dilarə Miriyeva (ADR üzvü )
19. Zəfər Əhmədov (hüquq müdafiəçisi)
20. Asif Yusifli (AXCP üzvü)
21. Rüfət Səfərov (hüquq müdafiəçisi)
22. Zaur Əkbər (hüquq müdafiəçisi)
23. Anar Ərkivan (AXCP üzvü)
24. Rail Abbasov (ictimai fəal)
25. Arzulla Bulud  (Müsavat Partiyasının üzvü)
26. Ayxan Hacıbəyli  (Müsavat Partiyasının üzvü)
27. Nata Katamadze  (AXCP üzvü)
28. Tünzalə Əmirova (AXCP üzvü)
30. Mətanət Turan  (AXCP üzvü)
31. Fariz Əlizadə (AXCP üzvü)
32. Səyyad Quliyev ( AXCP üzvü)
33.  Ağababa Cəfərov (AXCP üzvü)
34. Tofiq Yaqublu (Müsavat, Milli Şura üzvü)
35. İlkin Rüstəmzadə (ictimai fəal)
36. Elmira Ehtibarova (AXCP üzvü)
37. Almaz Səfərova (AXCP üzvü)
38. Farid Imanov (ictimai fəal)
39. Afaq Cəfərova (AXCP üzvü)
40. Ramiz Cəfərov (AXCP üzvü)
41. Elnur Quliyev (AXCP üzvü)
42. Rövşən Səfərov (AXCP üzvü)
43. Hikmət İsayev (AXCP üzvü)
44. Müşfiq İmamquliyev (AXCP üzvü)

Bir neçə gün əvvəl “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı B. Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirəcəklərini bildirmişdi.

Təşkilatın aksiya ilə bağlı elanına Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməmişdi.

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirmişdi ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.

https://toplum.tv/multimedia/pbextiyar-haciyevin-apellyasiya-sikayeti-uumlccediluumlncuuml-defe-de-temin-olunmadip

Dekabrın 9-da ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.

Bəxtiyar Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.

İctimai fəal qanunsuz həbsinə etiraz olaraq, 9 gündür ki, aclıq aksiyası keçirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvana ayrılan dotasiya azaldılır

30 May 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur. Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Maliyyə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, bu səbəblərə görə muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və yaxud 6,2 % azaldılır. Beləliklə, Naxçıvanın büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və yaxud 1,6 % manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək. https://toplum.tv/siyaset/pmuumldafie-ve-azad-edilmis-erazilerin-berpasi-xercleri-artirilirp Bu gün həmçinin məlum olub ki, Naxçıvan Muxtar Respublikasında Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati...
Siyasət

Müdafiə və azad edilmiş ərazilərin bərpası xərcləri artırılır

30 May 2023

Açıq mənbələrdən götürülüb

Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün xərclər artırılır. Toplum TV xəbər verir ki, bu, Milli Məclisin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.  Qanuna əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat artırılması nəzərdə tutulur. https://toplum.tv/siyaset/pilham-eliyev-azad-olunmus-torpaqlarda-en-ccedilox-tuumlrkiye-ve-italiya-sirketleri-is-goumlruumlrp Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2070,0 milyon manat təşkil edəcək. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclər...

Seçilmiş Videolar

Toplum TV loqo