Bəxtiyar Hacıyevə görə elan olunmuş aksiyadan əvvəl fəallar saxlanılır
Açıq mənbələrdən götürülüb
Polis
AXCP və D18 Hərəkatının üzvlərinin saxlanıldığı deyilir.
Dekabrın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), D18 Hərəkatının bir neçə üzvünü polis saxlayıb.
D18 Hərəkatının sədri Əhməd Məmmədli və AXCP-nin sədr müavini Seymur Həzi məlumatı "Toplum TV"-yə təsdiqləyiblər.
Onlar hesab edirlər ki, saxlanılmaların səbəbi həbs edilən ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçiriləcək aksiyadır.
https://toplum.tv/siyaset/pdin-bextiyar-haciyevle-bagli-aksiyaya-icaze-vermeceyini-bildirirp
Bu gün “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı B. Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirəcək.
Təşkilatın aksiya ilə bağlı elanına Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib.
Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirmişdi ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Seymur Həzinin sözlərinə görə, AXCP üzvlərindən Faiq Nağıyev evinin həyətində, Babək Həsənli, Elşən Məmmədov, Tofiq Məmmədov, Emil Manıyev, Gülnarə Rəhimova isə küçədə olarkən saxlanılıb.
S. Həzi ehtimal edir ki, saxlanılanların sayı hələ artacaq.
Əhməd Məmmədlinin dediyinə görə, D18 Hərəkatının üzvləri Afiyəddin Məmmədov və Samir Sultanov da Apelyasiya Məhkəməsinin yaxınlığında saxlanılıblar.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi dekabrın 23-də Bəxtiyar Hacıyevin ev dustaqlığına köçürülməsindən imtina edilməsi ilə bağlı verilən şikayəti təmin etməyib. Bu barədə vəkil Aqil Layıc məlumat verib.
Dekabrın 9-da ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur.
Bəxtiyar Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?