Bəxtiyar Hacıyevin aclıq aksiyasına görə siyasi partiya təhdid olunub?
Sosial Media
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyevin aclıq aksiyasına dəstək verdiyi üçün Vətəndaş və İnkişaf Partiyasına (VİP) təzyiqlərin olduğu iddia edilir.
Toplum TV xəbər verir ki, VİP öz qərargahında ictimai fəalların Bəxtiyar Hacıyevin aclıq aksiyasına dəstək verməsi üçün məkan ayırmışdı. Kampaniyaya qoşulan və adının açıqlanmasını istəməyən aksiyaçılardan biri saytımıza bildirib ki, qərargahı tərk etmək məcburiyyətində qalıblar, çünki VİP-in kampaniyaya dəstək verəcəyi təqdirdə ofisdən çıxarılacağı ilə hədələnib.
Məsələ ilə bağlı Toplum TV VİP-in sədr müavini Zaur Mahiroğlu ilə danışıb. Z.Mahiroğlu açıqlamasında aksiyaya yer ayıracaqları təqdirdə partiyanın ofisdən çıxarılacağı ilə təhdid alması iddialarını təkzib edib:
"Bizə heç kim təzyiq etməyib. Dünən axşam özüm qərargahda olmuşam, heç bir basqı yoxdur".
https://toplum.tv/siyaset/pbextiyar-haciyev-acliq-aksiyasini-davam-etdirirp
Dekabrın 19-da ictimai fəal B.Hacıyev vəkili Aqil Layıcla görüşüb. O, ictimai fəalın aclıq aksiyasını davam etdirdiyini bildirib.
"Müdafiə Xətti" insan haqları təşkilatının təsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərov Toplum TV-yə açıqlamasında bildirib ki, B. Hacıyev psixoloji, mənəvi işgəncə altındadır. O həmçinin Pentensiar Xidmətin məlumatını yalan adlandırıb:
"Bəxtiyar Hacıyevin vəziyyəti kritikdir. Artıq 5 gündür ki, o aclığını davam etdirir. Penitensiar Xidmətin açıqlaması isə yalandır. O, aclığını dayandırmayıb. Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Onu psixoloji və mənəvi işgəncə altında saxlayırlar".
B. Hacıyevin aclığı dayandırması barədə xəbəri bu gün, dekabrın 19-da “Qafqazinfo” yayıb. Bildirilir ki, B.Hacıyevlə aparılan profilaktik söhbətdən sonra o, aclıq aksiyasını dayandırmağa razılaşıb və normal qida qəbuluna başlayıb. Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.
B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bir sıra beynəlxalq və yerli insan haqları təşkilatları Azərbaycan hökümətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb. Hüquq müdafiəçiləri onun həbsini siyasi sifariş adlandırırlar. Milli Məclisin üzvü, deputat Bəhruz Məhərrəmov isə Toplum TV-yə açıqlamasında B. Hacıyevin həbsində siyasi sifariş olmadığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür