Siyasət

Bəxtiyar Hacıyevin işgəncəyə məruz qaldığı deyilir  

Aytac Məmmədli
19 Dekabr, 2022
627

Sosial Media

Bəxtiyar Hacıyev

 "Şənbə günü səhər saat 5-də Bəxtiyar Hacıyevi təhqir edərək soyuq kameraya aparıblar. 8 saatdan artıq onu orada, əli qandallı formada saxlayıblar. Bəxtiyar Hacıyev dəfələrlə su istəyib. Ona suyu göstəriblər, amma verməyiblər. Aclıq edən birinə su verməmək nə deməkdir axı?" 

Toplum TV xəbər verir ki, bunu dekabrın 19-da hüquq müdafiəçisi Rüfət Səfərov özünün "Feysbuk" hesabında  yazıb.  
 
O, həmçinin B. Hacıyevin həyat və sağlamlığının təhlükə altında olduğunu söyləyib.  

https://toplum.tv/siyaset/pldquomuumldafie-xettirdquo-etiraz-aksiyasi-teyin-etdip
 
R. Səfərov iddia edir ki, 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi ictimai fəalı hədələyib, ondan aclıq aksiyasını dayandırmasını istəyib.  
 
"Bundan sonra onu tibbi sanitar hissəyə - son dərəcə pis şəraiti olan otağa salıblar. Kamera yoldaşlarından Bəxtiyar Hacıyevə təzyiq vasitəsi kimi istifadə ediblər".  
 Səfərov onu da bildirib ki, "Müdafiə Xətti" insan hüquqları təşkilatı dekabrın 23-də Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbiylə etiraz aksiyası keçirəcək.  
 
Xatırlatma 
 
Bəxtiyar Hacıyev 5 gündür həbsinə etiraz olaraq aclıq aksiyasını davam etdirir.  
 
Dekabrın 9-da onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 
 
İctimai fəal Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə ittiham olunur. 
 
Bəxtiyar Hacıyev məhkəmədə çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq tədbirlərdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...
Siyasət

Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.  Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir. Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir: "Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir". https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp XİN...

Seçilmiş Videolar

Toplum TV loqo