Siyasət

BMT missiyası Qarabağa gəlir

29 Sentyabr, 2023
158

Açıq mənbələrdən götürülüb

Xankəndi

"Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir"

Toplum TV "Report"-a istinadən xəbər verir ki, bunu  Prezidentinin köməkçisi Hikmət Hacıyev “CBC News”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir:

"Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir”.

Hacıyev həmçinin qeyd edib ki, Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur.

Hacıyev onu da vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib

Toplum TV
1 Dekabr 2023

Rəsmi səhifə

Noyabrın 30-da Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) sorğusuna cavab verib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də təşkilatın rəsmi saytı açıqlama yayıb.  Məlumata görə, Vilayət Eyvazov sorğuya elektron poçtla cavabında bildirib ki, "Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov və nəşrin baş redaktoru Sevinc Vaqifqızına qarşı ittihamların onların fəaliyyəti ilə bağlı olması ilə bağlı iddialar “tamamilə əsassızdır”.  https://toplum.tv/siyaset/pldquoabzas-mediardquo-nin-jurnalisti-barede-hebs-qetimkan-tedbiri-seccedililibp "Eyvazov bildirib ki, hər üç şəxs Azərbaycanın dövlət sərhədindən “külli miqdarda xarici valyuta”nı “gömrük nəzarətindən kənar və ya gizli yolla bəyan etmədən” keçiriblər, “Abzas Media”nın ofisindən...
Siyasət

“Abzas Media”-nın jurnalisti barədə həbs qətimkan tədbiri seçilib

Samirə Əli
1 Dekabr 2023

Toplum TV

Xətai rayon məhkəməsində “Abzas Media”-nın əməkdaşı, jurnalist Nərgiz Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də jurnalistin vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, jurnalistə qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə üzrə (qrup halında qaçaqmalçılıq) ittiham irəli sürülüb.  https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Polislər məhkəmə prosesini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə mane olub. Nərgiz Absalamova noyabrın 30-u dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb.  Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay...

Seçilmiş Videolar

Toplum TV loqo