Siyasət

BMT-nin baş katibi Laçın dəhlizində baş verənlərə münasibət bildirdi

15 Dekabr, 2022
723

Rəsmi səhifə

Antonio Quterreş

BMT-nin baş katibi Antonio Quterreş Laçın dəhlizində Ermənistanı Qarabağla birləşdirən yolun qapadılmasından narahat olduğunu bildirib. 

Toplum TV xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.

Quterreş tərəfləri gərginliyi azaltmağa, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq dəhliz boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırıb.

Baş katib regionda vəziyyətin nizamlanması üçün edilən cəhdləri dəstəklədiyini bir daha təsdiqləyib.

https://toplum.tv/siyaset/pqarabagda-seperatccedililar-herbi-veziyyet-elan-etdip

Bundan əvvəl ABŞ, Avropa İttifaqı və Fransa Şuşa yolunda keçirilən aksiya səbəbindən dəhlizin bağlanmasından narahat olduqlarını bildirmişdilər. 

Azərbaycan Xarici İşlər Nazirliyi isə öz növbəsində Aİ-nin və adı sadalanan ölkələrin mövqeyini tənqid etmiş, Şuşa-Laçın yolunda keçirilən aksiyaya haqq qazadırmışdı:

"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər.

Bölgədə humanitar vəziyyətə gəldikdə bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 4 gündür davam edir. Yerli KİV aksiya iştirakçılarının sayının artmaqda olduğunu və paytaxtdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axınının davam etdiyini yazır. 

Azərbaycanlı etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər. Onlardan bəziləri mətbuata açıqlamalarında Rusiya sülhməramlı qüvvələrinin komandanı Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Vaşinqtondan Bakıya sanksiya hədəsi: Azərbaycansız Cənubi Qafqaz?

Toplum TV
3 Oktyabr 2023

Açıq mənbələrdən götürülüb

"ABŞ regionda öz siyasi diskursunu həyata keçirmək istəyirsə, Azərbaycanla dil tapmağı bacarmalıdır"  Bu sözləri Toplum TV-yə açıqlamasında, siyasi araşdırmaçı Fərhad Məmmədov ABŞ Senatına Azərbaycan əleyhinə təqdim edilən qanun layihəsi ilə bağlı bildirib. Oktyabrın 2-də ABŞ senatoru Qeri Piters Vaşinqtonun rəsmi Bakıya təhlükəsizlik sahəsində yardım göstərməsini qadağan edən qanun layihəsini Senata təqdim edib. Azərbaycanın "Qarabağ ermənilərə qarşı davam edən hücumlarına" cavab olaraq irəli sürüldüyünü bəyan edən Piters, ABŞ Maliyyə Nazirliyini və Dövlət Departamentini "hərbi hücumlar və Dağlıq Qarabağın blokadasına" görə bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalara çağıran digər senatorlara qoşulub. “Azərbaycan hökuməti açıq şəkildə göstərdi ki, o, Ermənistan və "Dağlıq Qarabağ...
Siyasət

Baş Prokurorluq: İranda Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar çıxarılmayıb

3 Oktyabr 2023

Rəsmi səhifə

Azərbaycanın Baş Prokurorluğu İran məhkəməsinin Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən şəxslə bağlı ölüm hökmünün çıxarması ilə bağlı xəbərləri təkzib edib. Toplum TV xəbər verir ki, bu barədə oktyabrın 3-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.  "İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. https://toplum.tv/dunya/ptehran-azerbaycan-sefirliyinin-tezlikle-fealiyyete-baslayacagina-uumlmid-edirikp Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub. Qeyd edək ki, oktyabrın 2-də yerli mətbuat Azərbaycan Dövlət...

Seçilmiş Videolar

Toplum TV loqo