Siyasət

BMT Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirə edəcək

20 Dekabr, 2022
342

Un.org

BMT Təhlükəsizlik Şurası

BMT Təhlükəsizlik Şurası Ermənistanın xahişi ilə onun Azərbaycanla sərhəd bölgəsindəki vəziyyətlə bağlı iclas keçirəcək.

Toplum Tv xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən həftə Nyu-Yorka səfər etmiş və BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Laçın dəhlizi ilə bağlı məsələləri qaldırmışdı. 

https://toplum.tv/siyaset/proma-papasi-da-laccedilin-dehlizindeki-veziyyete-muumlnasibet-bildirdip

Öz növbəsində BMT-nin baş katibi də bir neçə gün əvvəl Laçın dəhlizindəki vəziyyətdən narahatlığını dilə gətirmişdi. 

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-dən bəri davam edir. 

Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran İsrail Prezidentinin Azərbaycan səfərinə münasibət bildirib

Toplum TV
31 May 2023

Rəsmi səhifə

“Sionist rejimin heç bir regional fəaliyyəti İran İslam Respublikasının diqqətindən yayınmır" Toplum TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfərini şərh edərkən bildirib.  "Hörümçək toru etibarsızdır və onun regional mövcudluğunu genişləndirmək uğrunda mübarizə “saxta rejimin” sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək. Bütün dünyada insanlar sionist rejimə nifrət edirlər, onun gələcəyi yoxdur”, - deyə Kənani "Tvitter" hesabında yazıb. https://toplum.tv/siyaset/pisrail-prezidenti-azerbaycana-resmi-sefere-gelibp İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri 30-31 may tarixlərinə təsadüf edib. Burada o, Prezident İlham Əliyev başda olmaqla bir sır rəsmi şəxslərlə görüşlər keçirib, yerli yəhudi icması ilə görüşüb, həmçinin paytaxtda...
Siyasət

Co Bayden: ABŞ Azərbaycanın yanında olacaq

31 May 2023

Reuters

ABŞ Cənubi Qafqazda stabilliyə, ölkələrin suverenliyinə və müstəqilliyinə dəstəyinə sadiq qalır Toplum TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan və Bakı Enerji Həftəsinin açılışında itirak edən ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.  Onun sözlərinə görə, ABŞ Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir. Payettin çıxışından sonra ABŞ Prezidenti Co Baydenin tədbir iştirakçılarına müraciəti səsləndirilib. ABŞ lideri bildirib ki, son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar.  "Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir....

Seçilmiş Videolar

Toplum TV loqo