Un.org
BMT Təhlükəsizlik Şurası
BMT Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirə edib.
Toplum TV xəbər verir ki, müzakirələr zamanı Fransa Laçın dəhlizindəki maneənin dərhal və qeyd-şərtsiz aradan qaldırmağa çağırıb. Öz növbəsində ABŞ-ın BMT-dəki nümayəndəsi Ermənistanla Qarabağ arasında nəqliyyat əlaqələrinin bağlanmasını qəbuledilməz adlandırıb və Laçın dəhlizi ilə humanitar yüklər də daxil olmaqla, daşımaların dərhal bərpasına çağırıb.
Rusiya Federasiyasının nümayəndəsi isə bildirib ki, Rusiya Laçın dəhlizi ilə avtomobillərin hərəkətinin yaxın vaxtlarda tam bərpa olunacağını gözləyir. O qeyd edib ki, Rusiya Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti tezliklə həll etmək üçün bütün lazımi tədbirləri görür.
https://toplum.tv/siyaset/piran-laccedilin-dehlizindeki-veziyyete-muumlnasibet-bildirdip
Böyük Britaniya da Laçın dəhlizinin dərhal açılmasına çağırıb. Böyük Britaniyanın BMT-dəki nümayəndəsi qeyd edib ki, bu dəhlizin bir həftədən artıq müddətə bağlanması xüsusilə qışda ağır humanitar nəticələrə səbəb ola bilər.
Bildirilir ki, Braziliya, Keniya, Meksika, Norveç, İrlandiya və Hindistanın nümayəndələri də Laçın dəhlizinin qarşısının alınması ilə bağlı çağırışlar ediblər.
Müzakirələr zamanı Azərbaycan nümayəndəsi vurğulayıb ki, səhvən “Dağlıq Qarabağ” adlandırılan ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi, Qarabağ iqtisadi rayonudur. O, Laçın dəhlizi ilə bağlı Ermənistanın iddialarını rədd edib və deyib ki, Yerevan Laçın dəhlizindən qeyri-qanuni daşımalar üçün istifadə edir.
Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-dən bəri davam edir.
Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür