Siyasət

Boris Conson: Putin məni raket zərbəsi ilə hədələyib

Toplum TV
30 Yanvar, 2023
117

Açıq mənbələrdən götürülüb

Boris Conson - Vladimir Putin

"Vladimir Putin Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində “təcili” telefon danışığı zamanı məni raket zərbəsi ilə hədələyib"

Toplum TV BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib. 

Onun sözlərinə görə, Putin bunun "yalnız bir dəqiqə çəkəcəyini" deyib. 

Telefon danışığı zamanı həmin dövrdə baş nazir olan Conson Putinə xəbərdarlıq edib ki, Ukraynaya müdaxilə Qərbin sanksiyalarına və Rusiya sərhədlərində daha çox NATO əsgərinə səbəb olacaq. O, həmçinin Putini Ukraynanın “yaxın gələcəkdə” NATO-ya üzv olmayacağını söyləməklə hərbi əməliyyatlardan çəkindirməyə çalışıb.

https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp

Bundan sonra Putin Boris Consona sual verib: “Boris, Siz deyirsiz ki, Ukrayna yaxın gələcəkdə NATO-ya üzv olmayacaq. Necə yəni yaxın gələcəkdə?”

Boris Conson isə ona belə cavab verib: “Yəni, Ukrayna yaxın gələcəkdə NATO-ya üzv olmağa hazırlaşmır. Siz bunu yaxşı bilirsiz”

Consonun sözlərinə görə, məhz bundan sonra Putin onu hədələyib: "O, birdən məni hədələdi və dedi ki, Boris, səni incitmək istəmirəm, amma bircə raket və bu, cəmi bir dəqiqə çəkər".  

Sabiq Baş nazir həmçinin deyib ki, o, müharibə başlayan ərəfədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təhlükəsiz yerə köçməklə bağlı kömək təklif edib, amma Zelenski təklifi rədd edib. 

"O, qəhrəmancasına olduğu yerdə qaldı", - deyə Conson açıqlamasında vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağdakı gərginliyə görə Şarl Mişel İlham Əliyevə zəng edib

25 Mart 2023

Rəsmi səhifə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel martın 25-də İlham Əliyevə zəng edib. Toplum TV xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, telefon danışığı əsnasında Şarl Mişel Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib. https://toplum.tv/siyaset/presmi-baki-ermenistana-xeberdarliq-edibp "Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə...
Siyasət

Rəsmi Bakı Ermənistana xəbərdarlıq edib

25 Mart 2023

Rəsmi səhifə

Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar Yerevana xəbərdarlıq edib. Toplum TV xəbər verir ki, bu barədə martın 25-də XİN bəyanat yayıb. Açıqlamada Ermənistanın Qarabağa qanunsuz silah daşıdığı qeyd olunub və buna görə Yerevanın məsuliyyət daşıdığı vurğulanıb. https://toplum.tv/siyaset/pqarabagda-gerginlik-azerbaycan-ordusu-herekete-keccedilibp Bildirilir ki, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib. "Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi...

Seçilmiş Videolar

Toplum TV loqo