Rəsmi səhifə
Ceyhun Bayramov və Mahmud Abbas
Xarici işlər naziri Ceyhun Bayramov Fələstinə rəsmi səfəri çərçivəsində Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas tərəfindən qəbul edilib.
Toplum Tv xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, martın 30-da baş tutan görüşdə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə edilib.
"Prezident Mahmud Abbas Azərbaycan və Fələstin arasında geniş ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin təqdirəlayiq olduğunu məmnunluqla qeyd edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın Hərəkatın gücləndirilməsi, o cümlədən, üzv dövlətlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.
Ceyhun Bayramov ötən il Azərbaycanın Fələstinlə diplomatik münasibətlərinin 30 illiyinin qeyd olunduğunu xatırlayaraq, iki dövlət arasında dostluq, həmrəylik və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Fələstin Dövlətində Təmsilçilik Ofisinin təsis edilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyindən əminlik ifadə olunub. Çoxtərəfli platformalarda ölkələrimizin qarşılıqlı şəkildə bir-birinə göstərdiyi dəstək məmnunluqla qeyd edilib", - deyə məlumatda qeyd olunub.
Ceyhun Bayramov Prezidentlə görüşündə Azərbaycan-Ermənistan münaqişəsindən də danışıb.
Nazir bildirib ki, Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olur.
Xatırladaq ki, Ceyhun Bayramov Fələstinə getməzdən əvvəl İsraildə rəsmi səfərdə olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb