Reuters
Co Bayden
ABŞ Cənubi Qafqazda stabilliyə, ölkələrin suverenliyinə və müstəqilliyinə dəstəyinə sadiq qalır
Toplum TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan və Bakı Enerji Həftəsinin açılışında itirak edən ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir.
Payettin çıxışından sonra ABŞ Prezidenti Co Baydenin tədbir iştirakçılarına müraciəti səsləndirilib.
ABŞ lideri bildirib ki, son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar.
"Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir. Bu tədbir ölkələrimizin təhlükəsiz və yaşıl enerji ilə bağlı sadiqliyini ifadə edir. Azərbaycan bu səylərdə vacib rol oynayır. Orta dəhlizinin qurulması, Cənub Qaz Dəhlizinin çəkilməsi, bütün bu addımlar enerji mənbələrini şaxələndirilməsi və enerji dayanıqlılığına xidmət edir. Azərbaycan qlobal səviyyədə təhlükəsiz enerji təchizatında vacib rol oynayır. Mən Azərbaycanın qlobal iqlim hədəflərinə çatmaq istiqamətində səylərindən heyrətlənirəm. Bura bərpa olunan enerji ilə bağlı yeni təşəbbüslərin irəli sürülməsi və enerji effektivliyi ilə bağlı atdığı addımlar aiddir. Bu tədbirlər həyata keçirilərkən ABŞ Azərbaycanın yanında olacaq. Biz ölkədə islahatların və qanunun aliliyini dəstəkləyirik. ABŞ həmçinin regionda davamlı və dayanıqlı sülhün əldə olunmasını dəstəkləməyə davam edəcək. Bu, Cənubi Qafqazda gələcək nəsillər üçün çiçəklənməyə və stabilliyə töhfə verəcək. Mən qarşıdan gələn illərdə də əməkdaşlığımızı səbirsizliklə gözləyirəm", - deyə Baydenin müraciətində qeyd olunub.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Cefri Pyattı qəbul edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd edib və Avropanın Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib.
Öz növbəsində Əliyev Pyattın bu tədbirdə iştirakının önəminə toxunaraq, ABŞ hökumətinin Azərbaycanın enerji sahəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəklədiyinə görə minnətdarlığını bildirib. Həmçinin ABŞ hökumətinin TAP layihəsinə verdiyi dəstəyi vurğulayıb.
"Söhbət zamanı Azərbaycanın enerji təchizatında sabitləşdirici rol oynadığı xüsusi vurğulandı, ölkəmizin Orta Dəhliz çərçivəsində enerji və qeyri-enerji məhsulları üçün dayanıqlı tranzit və nəqliyyat imkanlarının yaradılması məsələsinə toxunuldu", - deyə məlumatda qeyd olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Qubad İbadoğluna dini ekstremizm ittihamı: hakimiyyət niyə va-bank gedir?
11 sentyabr - Dünyanı dəyişdirən gün
Krım körpüsündə ilk partlayışı Ukrayna kəşfiyyatı törədib?
Rusiyada müharibə fonunda türk serialları çiçəklənir
"Ana, bu mənəm, sənin oğlun" - Çilidə diktatura dövründə itkin düşənlər axtarılır