Açıq mənbələrdən götürülüb
Fəzail Ağamalı
Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ-ın Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşlığından imtina edib.
Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu deputat bu gün Milli Məclisdəki çıxışında bildirib.
Fəzail Ağamalı deyib ki, 1990-cı illərdə bəzi deputatlarla bərabər ABŞ-da olub:
“Bizə Nebraska ştatının və Linkoln şəhərinin fəxri vətəndaşı verdilər. Mən bu gün bunların hər ikisindən imtina edirəm”.
https://toplum.tv/siyaset/pmilli-meclis-abs-senatina-qarsi-beyanat-qebul-etdip
Bu gün Milli Məclis həmçinin ABŞ Senatına qarşı bəyanat qəbul edib. Milli Məclis bəyanatda bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etiraz etdiyini bildirib.
Eyni zamanda, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ senatında qəbul edilmiş bəyanatdan sonra ABŞ Azərbaycana bir sıra yüksək səviyyəli səfərləri dayandırıb, eyni zamanda 907-ci düzəlişin tətbiqini, Azərbaycana hərbi yardımın göstərilməsini dayandırıb.
Bəyanatın ardınca Bakı noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilməsi təklif olunan görüşdən imtina edib. Eyni zamanda Azərbaycanda qərbmeyilli jurnalistlərə və aktivistlərə basqılar başlayıb. Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, həmçinin ictimai fəal Məhəmməd Kekalov saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Toplum TV