Siyasət

Deputat: "Ən azı Gürcüstanla sərhədi vətəndaşlar üçün açmaq olar"

12 May, 2023
720

Açıq mənbələrdən götürülüb

Sərhəd

Azərbaycanın quru sərhədlərinin açıq olmaması ilə bağlı şikayətlər var.

Toplum TV “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin mayın 12-də keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, ən azı Gürcüstanla sərhədləri Azərbaycan vətəndaşları üçün açmaq olar.

Deputat bildirib ki, vətəndaşlara yay istirahətləri ilə bağlı SMS-lər göndərilir, bu isə insanları qıcıqlandırır: 

"Bu SMS-lər vasitəsilə vətəndaşlara yay istirahətlərini müxtəlif hotellərdə keçirmək təklif edilir. Hər kəsin imkanı yoxdur ki, 400-500 manata hotellərdə gecələsin. Yaxşı olar ki, aidiyyatı qurumlar turizm sektorundakı qiymət məsələlərinə diqqət yetirsinlər. Bu zaman sadə vətəndaşların da istirahət etməsinə şərait yaranar”.

https://toplum.tv/sosial/pazerbaycanda-karantin-rejiminin-muumlddeti-yene-uzadildip

Azərbaycanda karantin rejimi ilə əlaqədar olaraq quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. 

Azərbaycan dünyada Covid-19 ilə əlaqədar hələ də xüsusi karantin rejimini saxlayan nadir ölkələrdən biridir. 

Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19-un pandemiya statusunun başa çatdığını elan edib.

Prezidentin köməkçisi Şahmar Mövsümov mayın 10-da mətbuata açıqlamasında bildirib ki, quru sərhədlərin açılmasına iyulun 1-dən sonra baxılacaq.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistan tərəfi Azərbaycana cavab verib: "Konstitusiya daxili işimizdir"

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

“Sülh müqaviləsi layihəsinin razılaşdırılmış bəndlərində göstərilir ki, tərəflər sazişin müddəalarına əməl etməmək üçün daxili qanunvericiliyə istinad edə bilməzlər”. Toplum TV xəbər verir ki, bunu martın 1-də Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatik Forumundakı panel müzakirələrində Ermənistan Parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.  Panel əsnasında Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu və Bakının bununla bağlı qarşı tərəfdən açıqlama gözlədiyini bildirib.  Rubinyan isə Hacıyevə cavabında bildirib ki, Konstitusiya və hüquqi bazası Ermənistanın daxili işidir: "Bunun qətiyyən sülhməramlı proseslərlə əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur".  Onun sözlərinə görə, saziş layihəsinin razılaşdırılmış bəndlərində Ermənistan və Azərbaycanın...
Siyasət

Aİ nümayəndəsi: Azərbaycanla Ermənistan yaxın zamanda sülh sazişi imzalaya bilər

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın zamanda imzalanması realdır".  Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu martın 1-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar bildirib. Onun sözlərinə görə, müqavilənin bütün elementlər masadadır: "Bu, vacib kompromislərə getməklə bağlı siyasi iradə məsələsidir, kompromislərə nail olaraq sülh müqaviləsini imzalamağın zamanı gəlib çatıb". Klaar həmçinin qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi təbii ki, iki ölkə arasında imzalanacaq. "Kənardakı hər hansı vasitəçi (tərəfdaş) sadəcə bu məsələni dəstəkləyə bilər. Bu bizim etməyə çalışdığımız işdir. Razıyam ki, bu məsələ iki tərəf arasındadır, lakin ona da inanıram ki, kənardakı...

Seçilmiş Videolar

Toplum TV loqo