Siyasət

Deputatlar Fransanın BMT-yə şikayət olunmasını tələb edirlər

20 Dekabr, 2022
425

Rəsmi səhifə

Milli Məclis

"Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq, məsələni BMT-də qaldırmaq lazımdır"

Toplum TV xəbər verir ki, bu sözləri dekabrın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

Deputatın sözlərinə görə, Fransa Azərbaycana insan hüquqları sahəsində dərs keçmək istəyir, amma özü daxilində bunu pozur:

“Fransa bu gün Korsikada tamamilə insanlığa qarşı siyasət aparır. Orada insanlar öz dillərində danışmaq istəyirlər. Buna cavab olaraq Fransa silah gücünə o insanları öldürür, polis vasitəsilə ağlasığmaz işgəncələr verir. Onlar öz siyasi opponentlərini həbsxanalarda öldürtdürürlər".

https://toplum.tv/siyaset/pbmt-tehluumlkesizlik-surasi-laccedilin-dehlizindeki-veziyyeti-muumlzakire-edecekp

Seyidov bütün bunlara görə də Fransanın Azərbaycanda separatçı qüvvələri dəstəkləməyə haqqının olmadığını vurğulayıb: "Bu gün Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq. Bu məsələni BMT-də də qaldırmaq lazımdır".

Digər deputat Musa Qasımlı da Fransa barəsində oxşar çıxış edib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın insan haqlarından danışmağa haqqı yoxdur: “Fransanın bütün tarixi göz yaşları, müstəmləkəçilik tarixidir. Bunlardan biri də Korsikadır. Korsikada insanlar sadəcə dil, mədəniyyət istəyirlər. Fransa beynəlxalq hüquqları və konvensiyaları pozur, Korsika xalqının hüquqlarını tanımır, eyni zamanda Ermənistanda terroru müdafiə edir. Ona görə də Fransanı bütün beynəlxalq təşkilatlarda qınamalıyıq”.

Öz növbəsində deputat Elman Nəsirov da Fransanın korsikalıların səsini boğduğunu vurğulayıb. 

“Fransanın Korsikada illərdir törətdiyi cinayətlərə görə cəzasız qalması Makronda arxayınlıq yaradıb. Fransa üçün yaxşı və pis terrorçu bölgüsü var. Qarabağda Araik Arutyunyan yaxşı terrorçu hesab olunur, dəstək alır, amma Korsikada isə pis terrorçular həbsxanalara atılır. Bu, ikili standartların ən bariz nümunəsidir”, - APA deputatın çıxışından sitat gətirib. 

Bu gün məlum olub ki, Laçın dəhlizi ilə bağlı vəziyyət BMT-nin Təhlükəsizlik Şurasında müzakirə ediləcək. Qərarın Ermənistanın xahişi ilə verildiyi bildirilir. Ermənistan hakimiyyəti və Qarabağ seperatçıları Azərbaycan fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri aksiyadan şikayətçidirlər. Onlar Azərbaycan tərəfinin Laçın dəhlizini bağladığını və Qarabağın erməni əhalisini humanitar böhrana sürüklədiyini iddia edirlər. Azərbaycan tərəfi isə bu iddiaları rədd edir, Qarabağ ermənilərinə humanitar yardım etməyə hazır olduğunu vurğulayır.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-dən bəri davam edir. 

Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Tehran İsrail Prezidentinin Azərbaycan səfərinə münasibət bildirib

Toplum TV
31 May 2023

Rəsmi səhifə

“Sionist rejimin heç bir regional fəaliyyəti İran İslam Respublikasının diqqətindən yayınmır" Toplum TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfərini şərh edərkən bildirib.  "Hörümçək toru etibarsızdır və onun regional mövcudluğunu genişləndirmək uğrunda mübarizə “saxta rejimin” sarsılmış daxili bünövrəsini düzəltməyə kömək etməyəcək. Bütün dünyada insanlar sionist rejimə nifrət edirlər, onun gələcəyi yoxdur”, - deyə Kənani "Tvitter" hesabında yazıb. https://toplum.tv/siyaset/pisrail-prezidenti-azerbaycana-resmi-sefere-gelibp İsrail Prezidenti İsxaq Hersoqun Bakıya səfəri 30-31 may tarixlərinə təsadüf edib. Burada o, Prezident İlham Əliyev başda olmaqla bir sır rəsmi şəxslərlə görüşlər keçirib, yerli yəhudi icması ilə görüşüb, həmçinin paytaxtda...
Siyasət

Co Bayden: ABŞ Azərbaycanın yanında olacaq

31 May 2023

Reuters

ABŞ Cənubi Qafqazda stabilliyə, ölkələrin suverenliyinə və müstəqilliyinə dəstəyinə sadiq qalır Toplum TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan və Bakı Enerji Həftəsinin açılışında itirak edən ABŞ dövlət katibinin enerji resursları bürosu üzrə köməkçisi Ceffri Payett deyib.  Onun sözlərinə görə, ABŞ Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfəni təqdir edir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirir. Payettin çıxışından sonra ABŞ Prezidenti Co Baydenin tədbir iştirakçılarına müraciəti səsləndirilib. ABŞ lideri bildirib ki, son 30 ildə Azərbaycan və ABŞ güclü tərəfdaşlıq qurublar.  "Bu əməkdaşlığımız beynəlxalq təhdidlərə qarşı birgə mübarizə aparmaq, inklüziv iqtisadi böyüməni təşviq etmək kimi sahələri əhatə edir....

Seçilmiş Videolar

Toplum TV loqo