Siyasət

DİN Bəxtiyar Hacıyevlə bağlı aksiyaya icazə verməcəyini bildirir

22 Dekabr, 2022
337

Bəxtiyar Hacıyev

Sosial Media

Daxili İşlər Nazirliyi (DİN) dövlət qurumları ilə razılaşdırılmamış istənilən etiraz aksiyasının keçirilməsinə icazə verilməyəcəyini bildirib. 

Toplum TV xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiyaya münasibət bildirərkən danışıb. 

Zahidov "qanunsuz aksiya iştirakçıları" barədə müvafiq tədbir görüləcəyini sözlərinə əlavə edib. 

Bəxtiyar Hacıyevin həbsinə etiraz aksiyasını "Müdafiə Xətti" insan hüquqları təşkilatı keçirmək niyyətindədir. Aksiya 23 dekabr 2022-ci il tarixində, saat 15-00-da Fəvvarələr meydanına təyin edilib. 

"Azərbaycan hakimiyyəti ağır repressiv siyasət yürüdür. İnsan haqları sahəsindəki durum dözülməzdir. Tənqidçilər saxta və qurama ittihamlarla həbs olunurlar.
İnsanlar sözünə, fikrinə, əqidəsinə görə zorakılıqla üzləşirlər. İşgəncələr, qeyri-insani rəftarlar, ləyaqəti alçaldan davranışlar hakim siyasətin ayrılmaz hissəsinə çevrilib", - təşkilatın həmtəsisçisi Rüfət Səfərov açıqlamasında bildirib və aksiyanın məsuliyyətini “Müdafiə Xətti”nin öz üzərinə götürdüyünü bəyan edib: "Bu, dinc və sərbəst toplantı olacaq. Hökumət qüvvələrini isə zorakılıqdan yayınmağa dəvət edirik".

https://toplum.tv/tv-proqramlar/pbextiyar-haciyevin-hebsi-etirazlar-semere-verirmip

Bəxtiyar Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq və yerli insan haqları təşkilatları Azərbaycan hökümətini Bəxtiyar Hacıyevi azad etməyə çağırıb. Hüquq müdafiəçiləri onun həbsini siyasi sifariş adlandırırlar. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Qarabağ separatçıları Əliyevə cavab verdi

Toplum TV
29 May 2023

Açıq mənbələrdən götürülüb

Qarabağ separatçılarının lideri Araik Aratyunyanın sözçüsü Lusine Avanesyan Azərbaycan Prezidenti İlham Əliyevin son bəyanatları ilə bağlı açıqlama verib.  Toplum TV "Novosti-Armeniya"-ya istinadən xəbər verir ki, Avanesyan Qarabağdakı qondarma quruluşun Əliyevin tələblərini yerinə yetirməyəcəyini bildirib.  "Arutyunyan beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən də xalqların bərabər hüquqlu və öz müqəddəratını təyin etmə prinsipinə əsaslanan beynəlxalq formatda dialoqa başlamağa hazır olduğunu bildirib.  Üçtərəfli Atəşkəs Bəyannaməsindən sonra Azərbaycan dəfələrlə "Artsax xalqı" ilə güc dili ilə danışıb, biz lokal hərbi fəaliyyətlə düşmənçilik, blokadalar, enerji və digər təzyiqlər formasında aqressiyanın şahidi olmuşuq və olmaqda davam edirik. Bu dəfə isə Azərbaycan Prezidenti "Artsax xalqı"nın seçilmiş hakimiyyət orqanlarına...
Siyasət

AXCP fəalı həbs edilib

29 May 2023

Açıq mənbələrdən götürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Salyan rayon təşkilatının fəalı Zaur Əhmədov inzibati qaydada 30 sutka həbs edilib. Toplum Tv xəbər verir ki, bu barədə mayın 29-da AXCP-nin mətbuat xidmətindən bildirilib  Məlumata görə, Əhmədov mayın 26-da səhər saxlanılıb. "Sonradan bəlli olub ki, o, naməlum və açıq-aşkar uydurma ittihamla 30 sutka həbs edilib. Ona görüş, telefon danışıqları, yemək alması üçün imkan yaradılmır", - Partiyanın açıqlamasında qeyd edilib.  https://toplum.tv/siyaset/pelizamin-salayevin-vekili-quotdedi-ki-ya-beraet-alacaq-ya-da-hedsxanada-oumllecekquotp AXCP hesab edir ki, Əhmədovun həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.   Daxili İşlər Nazirliyi Şirvan regional qrupundan "Turan" agentliyinə bildiriblər ki, Zaur Əhmədov mayın 26-da "ictimai asayişi pozduğuna və polisə tabe olmadığına görə"...

Seçilmiş Videolar

Toplum TV loqo